45 kiloqram arıqlayan britaniyalı müğənni Adel fit qalmağın sirrini açıb.
Bu barədə “The Sun” nəşri yazıb. Nəşrin məlumatına görə, ifaçı mütəmadi olaraq idmanla məşğul olur. Sənətçi rasionunu da məhdudlaşdırıb. İndi o, karbohidratlara az üstünlük verir.
Adel yemək bişirməkdən imtina edib və hazır sağlam qidalar sifariş etməyə başlayıb. Hər gün müğənni 1700 kalori qəbul edir. Britaniyalı ulduz gündə üç dəfə yemək yeyir. Sənətçi səhərlər tam taxıldan hazırlanan pankek və ya qaynadılmış yumurta qəbul edir. Nahar və şam yeməyində hinduşka əti ilə salat, bir dilim bişmiş qızılbalıq və ya bir az qızardılmış toyuğa üstünlük verir. Yeməklər arasında müğənni bol su və təbii şirələr içməyə çalışır, həmçinin təzə meyvələr yeyir.
Bundan əvvəl Adelin keçmiş şəxsi məşqçisi Pete Gerasimo ulduzun sirrini açmışdı. O, ifaçının dəyişməsinin arıq olmaq arzusu ilə bağlı olmadığını söyləmişdi: “Onun məqsədi sağlamlığı yaxşılaşdırmaq idi”.
Təxminən 45 kiloqram çəki atan Adelin pərəstişkarları bu cür kardinal dəyişikliyə imza atan sənətçini dəstəkləyib.
Aytən Məftun (publika.az)