1. Qırmızı ət
Qırmızı ət sağlam qida olsa da, yatmadan əvvəl bədənin özünü yeniləmə prosessinə mane olacaq, həzm etmək üçün çox enerji sərf etməyə səbəb olacaq. Bu halda gecə qırmızı ət yeməməyə çalışın.
2. Tərəvəzlər
Tərəvəz yeməyin faydalı olduğunu bilirik. Ancaq yüksək miqdar lif tərkibi olan tərəvəzlər gecə yeyildikdə yuxusuzluğa səbəb olur.
3. Cipslər və digər paket qidalar
Olduqca yağlı və şəkərli paket qidalar bədən üçün olduqca zərərlidir. Bu növ qidalar həzm sisteminin işini çətinləşdirir. Təbii olaraq yuxusuzluğa səbəb olur.
4. Makaron
Makaronun tərkibindəki şəkər sürətli formada yağa çevrilir. Gecə yemək ideal seçim deyil.
5. Dondurma
Yağ və şəkər anbarı sayıla bilər. Yuxu keyfiyyətini aşağı salır, kökəlməyə səbəb olar.
6. Pizza
Pizzanın tərkibində çox qida olduğu üçün mədə problemlərinə səbəb olur. Yatmadan əvvəl yeməyin.
7. Şokolad
Şokolad üçün yer və vaxt vacib deyil. Xoşbəxtlik yaradan ərzaqlardandır. Tərkibindəki kafein yuxusuzluğa səbəb ola bilər.