Lif baxımından zəngindir, qəbizliyi aradan qaldırır
Lif baxımından zəngin olduğu üçün bağırsağı yumşaldır. Mədədəki həzmi asanlaşdırır. Bağırsaq hərəkətlərini nizamlayır. Qəbizlik problemi yaşayanlar üçün ideal meyvədir.
Sümükləri gücləndirir.
Kalsium, fosfor, maqnezium, dəmir qaynağı sayılır. Bütün bu minerallar sümüklər üçün lazımlıdır. Ərik yeyəyək sümüklərinizin sağlamlığını qorumuş olacaqsınız.
Ürək sağlamlığı
İnfarkt və ifliç kimi bir çox xəstəliklərdən qorunmaq üçün ərik yemək lazımdır. Yüksək miqdarda C vitamini mənbəyi olduğu üçün, ürək-damar sağlamlığına kömək edər.
Metabolizmanı yaxşılaşdırır
Bədəndəki maye səviyyəsi iki mineraldan asılıdır. Ərikdə bu mineraldan biri ola potasium yüksək miqdardadır. Bədəndəki maye səviyyəsini nizamlayar. Enerjinin orqanlara əzələlərə düzgün formada yayılmasına kömək edər.