İspanaq
Yaşıl tərəvəzlərin arasında ən faydalısı olan ispanaq, saç tökülməsinə mane olur və zəif saçları gücləndirir. Saçların uzanmasına kömək edən dəmir, beta-karoten və C vitaminidir.
Yaşıl mərci
Yaşıl mərci saçlarınız üçün lazım olan biotin və proteini təmin edir. Saç tökülməsini dayandırmaqla qalmaz, eyni zamanda zəifləməsinə və qırılmasına mane olar.
Yağlı balıq
Yağlı balıqlar omeqa 3 yağı ilə zəngidirlər və saçların sağlamlığını artıran dəyərli proteinlə təmin edər. Xüsusilə, həftədə ən az iki dəfə balıq yesəniz, saç dərisindəki təbii yağların itməsiə mane olur və saçlarınızın sağlam uzanmasına kömək edir. Yağlı balıqlar saçın kökünün zəifləməsini azaldan antioksidantlarla zəngindir.
Yulaf
Yulafın tərkibindəki B vitamini və minerallar saç liflərini gücləndirir və saç tökülməsi ilə mübarizə aparır. Saç köklərini gücləndirir.
Balqabaq
Toksinlərin və günəşin səbəb olduğu zərəri azaldır, həmçinin E vitamini ilə zəngindir. Saç köklərini qidalandırır. Quruluq və saç tökülməsinin qarşısını alır.
Yumurta
Yumurta, daha güclü, parlaq saç lifləri dəstəkləyir. Saçların sağlam böyüməsində vacib rolu olan B vitamini mənbəyidir.