Xoşbəxtliyin açarı: Turşu və kefir
Bağırsaqlarımız sağlamlığı əhvalımıza təsir edir. Bağırsaq mühitin sağlamlığını qoruyan probiotik qidalar duyğularımıza da təsir edir.
Hollandiyada dörd həftə probiotik qəbul edənlərin əhvalının yaxşılaşdığı ortaya çıxmışdır.
Somon balığı, qoz, yumurta
Bədən bəzi vitamin və mineralların çatışmazlığı vacib sağlamlıq problemlərinə yol açarkən, xoşbəxtlik yaradan hormonun da azalmasına səbəb olur. Bu vitamin və minerallar beynimizdə anti-depressant və serotonin, dopamin və endorfin hormonlarının istehsalında iştirak edən kalsium, maqnezium, folik asit və xromdur.
Serotinin istehsalında iştirak edən maddələr daha çox somon, ton balığının, toyuq və hind quşunun, yumurtanın, qozun, quzu ətinin, noxudun, mərcinin tərkibində olur.
Süd, balıq qədər dəyərli
Kalsiumla zəngin ola süd və yağsız qatıq, eyni zamanda balıq qədər dəyərli D vitamini qaynağıdır. Bundan əlavə ispanaq, brokoli kimi qış tərəvəzləri soyuq qış günlərindəki depressiv havanı aradan qaldırır.
Çiyələk kimi qırmızı meyvələrlə bananın da şokolad kimi xoşbəxtlik yaratma bacarığı məlumdur. Bu qidaları qəbul edərkən həddi aşmamağa diqqət edin. Yer fıstığı, badam və qoz hər gün bir ovuc qəbul edildikdə mənfi hisləri aradan qaldırır.