Bəzi qidalar xoşbəxtlik homonun artmasına səbəb olur. Xoşbəxtlik gətirən qidaları sizə təqdim edirik.
Lobya
Lobya xoşbəxtlik hormonu olan serotoninin artmasına kömək edər. Sinir hüceyrələrini nizamlayır, depressiyaya və stressə tutulma riskini azaldır.
Banan
Aparılan araşdırmalarda, gündə bir ədəd yeyilən bananın gün boyu serotonin hormonunun yüksək olmasını dəstəklədiyi ortaya çıxmışdır. Beyindəki serotonini hərəkətə keçirən banan, gün boyu yorğunluq və halsızlıq hissinin yaranmasının qarşısını alar.
Şokolad
Şokoladın xoşbəxtliyə səbəb olduğu çoxdan sübut olunmuşdur. Mütəxəssislər, xüsusilə, bitter şokoladın xoşbəxtlik hormonuna təsir etdiyini bildirir.
Çiyələk
Çiyələk yaşlanmanı gecikdirir. Bədəndəki yaşlı hüceyrələri azaldaraq, gənc hüceyrələrin sayını artırır. Eyni zamanda xoşbəxtlik hormona kömək edir.
Qoz
Səhərləri ac qarına yeyilən 2 ədəd qoz gün boyu həm xoşbəxt, həm də stressiz gün keçirməyinizə kömək edəcək.
Süd
Süd serotonin hormonun istehsalına kömək edir. Hər gün davamlı içilən süd yuxunu nizama salır.