Qadin.NET / Çox soyuq su ilə oruc açmayın!

Çox soyuq su ilə oruc açmayın!

 

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi ,sizə də vacib edildi.Bəlkə (bunun vasitəsi ilə) siz pis əməllərdən çəkinəsiniz(Qurani-Kərim, Bəqərə surəsi,183)

 

Çox soyuq su ilə oruc açmayın!
 

Özəl Kayseri Qidalanma və diyet poliklinikasının qidalanma və diyet üzrə mütəxəsisi Duyğu Dəniz Ramazan ayında uzun müddət(16 saat) ac qalandan sonra ,iftara başlayanda çox yeməklə mədəyə yüklənmənin səhv olduğunu  belə izah edib:

 

 
Çox soyuq su ilə oruc açmayın!
 

 

Xüsusilə  istilərin təsirindən orucumuzu çox miqdarda soyuq suyla açmaq istəyirik.Bu da mədədə şişlik yaradır ki, lazım olacaq qədər qidanın  qəbulunu əngəlləyir və daha sonra gec saatlarda aclıq hissinə səbəb olur.Çox soyuq su və ya hər hansı bir içkiləri soyuq qəbul etməkdən qaçmalıyıq.İftarı şorbayla başlayıb ,ara verdikdən sonra gün ərzində qəbulu lazımlı olan ət,tərəvəz yeyilməlidir.Çörəyi çox yeməyin, menyuda düyü,makaron və katof kimi ərzaqlar  varsa, çörək heç yeməyin. İftar süfrəsindən yüngül tərəvəz salatını  əksik etməyin.İftar vaxtı gec saatda olduğundan xörəkləri az yağla hazırlayın.Qızartma,yağlı ət və ya yağlı tərəvəz xörəklərini az yağlı və ya buxarda bişirilən tərəvəz xörəklərilə  əvəz edin. İftarda qidalanma  asta və uzun müddətə qəbul olunmalı  və yatmazdan iki saat əvvəl dayandırılmalıdı. Günlük alınacaq meyvələri iftardan 1,5 saat sonra şirniyyat əvəzi qəbul edə bilərsiz. Meyvəni dondurma və ya yüngül südlü desertlə də əvəz etmək  olar.

Diyet mütəxəsisi Dəniz xanım Ramazan ayında da iftardan imsaka qədər  ən azı 1,5 litrə qədər  saf su qəbul olunmasını, mədə problemləri ilə qarşılaşmamaq üçün qazlı, turş , şəkərli və soyuq içkiləri ayran və bitki çayları  ilə əvəz etməyi, gün ərzində tamam hərəkətsiz qalmaq əvəzinə maddələr mübadiləsinin aktivləşməsi üçün təmiz havada qısa gəzinti məsləhət bilib.

  

Çox soyuq su ilə oruc açmayın!


Allah orucunuzu qəbul etsin,İnşallah!

7 avqust 2011
GO BACK