1. Kimyəvi adı Askorbik Turşu olan C vitamini suda əriyən və insan bədəninin istehsal edə bilmədiyi vitamin növüdür.
2. Turş dadı olur və xüsusi bir qoxusu var.
3. Mütləq kənardan qəbul edilməsi lazım olan C vitamini bədəndə yığılmır. Qısa müddətdə bədənimizdən atdığımız bu vitamini tez-tez qəbul etmək lazımdır.
4. C vitamini immunitet sisteminin güclənməsində əhəmiyyətli rol oynayır.
5. Bir çox xərçəng növünün qarşısını aldığı və xərçəngdən qoruduğu bilinməkdədir.
6. Yaraların və yanıqlarla bərabər diş əti qanamalarına da faydalıdır.
7. Təzyiqi nizamlayır.
8. Bədən müqavimətini artıraraq qızdırmalı xəstəliklər və soyuqdəymədən qoruyur.
9. Həmçinin çox həmiyyətli bir antioksidandır. Yəni bədənimizə zərər verən radikallardan qoruyur.
10. C vitamini çatışmazlığı yorğunluğa səbəb ola bilir.
11. Portağal, qreyfurt, mandarin və limon C vitaminin olduğu bilinən qidalardır. Çox bilinməsə də ananas, kividə də C vitamini var.
12. Cəfəri, gül kələmi, brokoli, qırmızı bibər, təzə lobya, soğan isə C vitamini olan tərəvəzlərdir.
13. Quşburnunda 400 milliqram C vitamini varikən, portağalda 50 milliqramdır.