Qadin.NET / Yeməklərinizi rəngləndirin

Yeməklərinizi rəngləndirin

 

Qırmızı 

Qidalanma proqramımıza daxil edə biləcəyimiz çox sayda qida var. Pomidor, çiyələk, albalı, qırmızı alma, qırmızı moruq, qırmızı istiot, çuğundur, qırmızı kinoa və sair. Bu rəng qrupundakı qidalar likopen və antioksidan tərkiblidir.

Yeməklərinizi rəngləndirin

 

Üç addımda daha çox qırmızı!

Gün ərzində ara yeməklərdən birini quru üzüm, quru alça, çiyələk, qarpız və ya alma dilimləri ilə edin.

Makaronlarınızı pomidor sousu ilə ləzzətləndirir.

Yaşıl salatlarınıza pomidor, nar əlavə edin.

 

Narıncı

Narıncı qidalar beta-karoten tərkiblidir. Kök, balqabaq, portağal, qovun, mandarin, şirin kartof, zərdəçal, manqo, xurma bu qrupdakı tərəvəz və meyvələrdəndir. 

Yeməklərinizi rəngləndirin

Üç addımda daha çox narıncı!

Suyunuzu portağal dilimləri ilə aromalandırın.

Yeməklərinizə zərdəçal əlavə edin.

Şorbalarınızda balqabağa yer ayırın.

 

Sarı

Sarı qidaların tərkibində beyin, ürək və damar sistemini qoruya bilcək, göz və dəri sağlamlığına müsbət təsir edən lutein və zeaksantin birləşmələri vardır. Limon, qarğıdalı,  sarı dolmalıq bibər, banan, sarı mərcimək, zəncəfil kökü, sarı alma bu qidalardandır. 

Yeməklərinizi rəngləndirin

 

Üç addımda daha çox sarı!

Səhər yeməyinə alternativ olaraq süd və yulaf əzməsini bişirib ananas əlavə edin.

Banan dilimlərinə çəkəcəyiniz fıstıq əzməsi ilə sağlam və doyrucu yemək yeyin.

Təzə limon suyu, zəncəfilli bitki çayı için.

 

Yaşıl

Yaşıl qidalar güclü bir immunitet sistemi, dəri sağlamlığını qoruma, xərçənglə mübarizəyə dəstək kimi bir çox dəyərli funksiyaları, ürək damar sistemi üçün olduqca əhəmiyyətlidir. İspanaq, yaşıl alma, brokoli, kələm, yaşıl zeytun, avokado, kivi, xiyar, təzə soğan, paxla bu qidalardandır. 

Yeməklərinizi rəngləndirin

 

Üç addımda daha çox yaşıl!

Qəhvə əvəzinə yaşıl çay için.

Omletinizə ispanaq əlavə edin.

Salatlarınıza avokado əlavə edin.

2 noyabr 2017
GO BACK