Qadin.NET / Yaşlanmanı gecikdirən qidalar

Yaşlanmanı gecikdirən qidalar

 

Dərinin qocalmasının səbəblərinin başında ətraf mühit təsiri və genetik xüsusiyyətlər kimi müxtəlif faktorlar yer alır. Gün ərzidə vərdiş halına gələn səhv qidalanma da ən az digər faktorlar qədər dəri qocalmasına zəmin yarada bilir. Lakin vitamin, omeqa-3 və antioksidan kimi tərkibə sahib olan qidalarla dəri qocalmasını və qırış yaranmasını geçikdirərək illərə meydan oxuya bilərsiniz.  

 

 

Yaşlanmanı gecikdirən qidalar

Su

Dərinin qocalmasının qarşısını alan ən vacib faktor sudur. Gün ərsində 2,5-3 litr su içərək dəri qırışlarından xilas olmaq mümkündür. Su içmə vərdişi olmayan insanlar sürahiyə əlavə edəcəkləri limon, xiyar, nanə yarpağı və ya çubuq darçın ilə su istifadəsini ləzzətli vəziyyətə gətirə bilərlər. Qəhvə quru dərinin ən böyük düşmənidir. 

 

 

Yaşlanmanı gecikdirən qidalar

 

 

Kök

A vitamini ilə zəngindir. Dəridə antioksidan təsiri yaradır. Dərinin həm rəngini nizamlayır, həm də gəncləşməsini təmin edir.

 

 

Yaşlanmanı gecikdirən qidalar

 

 

Portağal

Tərkibindəki C vitami ilə dəri toxumasının inkişafını təmin edən portağal, qocalma təsirlərinə, siqaretin zərərlərinə və qırışlara qarşı dərini qoruyur. Xüsusilə, siqaret içənlər bol miqdarda C vitamini qəbul etməlidir. C vitamini baxımında zəngin olan digər qidalar arasında brokoli, kələm, kivi və çiyələk var.

 

 

Yaşlanmanı gecikdirən qidalar

 

 

Qırmızı istiot

C vitamini və B6 vitamini baxımından zəngin olan qırmızı istiot, tərkibindəki karoten ilə dəriyə çatan qan miqdarının artırır və qırışların qarşısını alır. Dəriyə parlaqlıq verir.

10 sentyabr 2017
GO BACK