Təmiz qidalanma bir pəhriz növü deyil, bir həyat formasıdır. Bunun əlavə bütün tərəvəz və meyvələri ən təbii vəziyyəti ilə yeməyə dayanan bir qidalanma formasıdır.
Necə təmiz qidalanmalı?
Təmiz qidalanma mənimsədildikdən sonra; marketdə satılan paketli qidalar, hazır xəmir işi, dondurlulmuş məhsullar, ağ çörək, ağ makaron, düyü, ağ şəkər, hazır pudinqlər, souslar, şorbalardan uzaq dayanmaq lazımdı.
Alış-veriş cədvəlində olmalı məhsullar; təzə meyvə və tərəvəz, balıq, dərisi alınmış toyuq, hind oyuğu əti, az yağlı qırmızı ət, tam buğda çörəyi, yulaf, yulaf kəpəyi, yumurta, təbii qatıq, pendir, bulqur, zeytun yağı və hər cür ədviyyat.
Bəs təmiz qidalanmada nəyə diqqət etməliyik?
Gündə 5-6 kiçik porsiyalarda yemək yeyin. Bunun 3 ədədi əsas yemək, digər ikisi isə əlavə yemək olmalıdı. Oyandıqdan ən gec 1 saat sonra səhər yeməyi yeyin. Hər yeməkdə protein və karbohidronat yeməyə çalışın. Hər gün xeyirli yağlar yeməyə diqqət edin. Avokado, toxum yağları, balıq yağı və s.
Gündə ən az 2-3 litr su için. Lif, vitamin, minerallar üçün təzə meyvə və tərəvəz yeməyə diqqət edin. Yeməkləri özünüz bişirin. Yeməklərinizi planlayaraq, lazım olsa yanınızda aparın. Fiziki olaraq aktiv olun. Aldığınız hər qidanın tərkibini mütləq oxuyun.