Qadin.NET / Dondurmanın faydası

Dondurmanın faydası

 

Çiyələkli, limonlu, vanilli, şokoladlı... Bir-birindən ləzzətli dondurmalar yaz mövsümünün əvəz edilməzləri arasında yerini qorumaya davam edir. İsti yaz günlərinin sevilən qidalardan biri olan dondurma doğru seçildiyində sağlam şirniyyat alternativlərinin başında gəlir. Üstəlik kalsium, fosfor, A vitamini, B vitamini kimi vitamin və minerallardan zəngin olmasının eyni zamanda süddən istehsal olunduğu üçün sağlamlığımıza sağlamlıq qatır. Dondurmanı doğru istifadə etməyin yolu isə həqiqi süddən hazırlanana, şəkər və yağ dəyəri yüksək olmayanlara üstünlük verməkdir. Acıbadem Fulya xəstəxanası Qidalanma və Pəhriz mütəxəssisi Melike Şeyma Deniz dondurmanın cəmiyyətdəki inancın əksinə sadəcə yaz aylarında deyil, ilin hər mövsümündə rahatlıqla yeyilə biləcəyini bildirərək, "Hər hansı bir sağlam problemi olmayan, normal çəkili böyüklər və uşaqlar həftədə 2-3 dəfə 2 və ya 3 ədəd dondurma yeyə bilər. Arıqlamaq üçün pəhrizdə olanlar və ya diabeti olanlar da qidalanma proqramlarını nizamlayaraq həftədə bir dəfə 2-3 ədəd dondurma yeyə bilərlər" dedi.

 

Dondurmanın faydası

 

Kalsium ilə zəngin

Sümük və diş sağlamlığının qorunmasında, əzələ sıxılmasında, qanın laxtalanmasında vacib bir rolu olan kalsium bədəndə ən çox olan minerallardandır. 19-5 yaşarası insanların gündə təxminən 1000 mq kalsium almaları lazımdırn. Günlük kalsium ehtiyacı; uşaqlarda, yaşlılarda və hamilələrdə artır. Dondurmadan 2 ədəd yemək , təxminən 150 mq kalsium almağınızı təmin etmək günlük kalsium ehtiyacımızı qarşılamağa dəstək olur. 

 

Dondurmanın faydası

 

A və B vitaminləri baxımından zəngin

A vitamini görəmə funksiyaları və immunitet sistemi güclənməsi, B vitamini isə yaddaş, toxuma bərpa etmə kimi bədəndə bir çox sistemlərdəki vəzifələri ilə önə çıxır.

 

Dondurmanın faydası

 

Dondurma yeyərkən diqqətli olun

- Dondurmanın kaloriya bombası halına gəlməməsi üçün sadə və ya meyvəli dondurmalara üstünlük verilməlidir.

- Mikrobların çoxalmamağa başlaması üçün dondurmanın soyuqluğunun

pozulmaması təmin edilməlidir. 

- Ərimiş dondurmanı təkrar soyuducuya qoymayın.

 

Dondurmanın faydası

 

-Üzərində buz və kristal parçaları olan dondurmaları yeməyin.

- Son istifadə tarixini mütləq yoxlayın.

- Kağızı cırılmış dondurma almayın.

- Aldığınız dondurmanın süd tozu və qlikoza kimi qatqıları olmadığına diqqət edin.

10 avqust 2017
GO BACK