Ramazan bayramı müddətində ən çox edilən qidalanma xətaları
- Artıq miqdarda şirniyyat yemək,
- Xəmir tərkibli şirniyyatlar çox miqdarda yemək,
- Çay, qəhvə və qazlı içkilərin içilməsinin artması.
Çay və qəhvə
Bayram müddətində edilən ailə və qohum ziyafətlərinin vaz keçilməzi çay, qəhvə və qazlı içkilərdir. Bu müddət boyunca istifadəsi bol olan bu cür içkilər bir çox xəstəliklər üçün dəvətdir.
Su istifadəsi
Bu il yaz aylarının ən isti günlərində olan Ramazan ayı müddətində əlimizdən gəldiyincə bol maye içməyə çalışdıq. Ancaq oruc tutulan müddətin uzunluğu və çox tərlədiyimiz bu günlərdə bədənimiz uzun müddət susuz qaldı. Sağlamlığımız üçün bayramın ilk günü etibarı ilə özümüz sıx-sıx su içməyə çalışmamalıyıq. Hər gün mütləq 2-2,5 litr su içmək, oruc sonrası normal qidalanma nizamına keçid edən fərdlər üçün mədə və həzmsizlik problemlərinin qarşısını almaq baxımından vacibdir.
Şirniyyatlar
Ramazan bayramı, uşaqlar hətta böyüklər üçün belə şəkər bayramı deməkdir. Bu bayramda çox yeyilən şəkər və şokoladlar hamımızda belə bir düşüncə yaranmasına səbəb olmaqdadır. Bayram müddətində bizə ikram edilən və hamımızın ən çox sevdiyi yeməklərdən biri olan şokoladı yeyərkən; gündə ən çox 2-3 ədəd və bitter olanlardan tərcih etməyə diqqət göstərməliyik. Bitter şokoladın tərkibində olan antioksidan maddələr sayəsində digər şokoladlardan daha sağlam olduğunu bilirik, ancaq tərkibindəki şəkər miqdarını göz önünə alacaq olsaq istifadəsinin 2-3 ədəddən çox olmaması lazımdır.