Qadin.NET / Qarpızın faydaları

Qarpızın faydaları

200 qram qarpız 50-60 kaloriyadır. Yəni həm yüngül, həm də sağlamlığa xeyirli bir yemək üçün qarpız gün ərzində əsas yeməklərə əlavə edilə bilər. Amma qarpız da hər meyvə kimi fruktoz (meyvə şəkəri) tərkiblidir və kaloriyası vardır. 

Qarpızın faydaları

Şəkər xəstələri ölçülü yeməlidir.

Qarpızı hər kəs yeyə bilər. Qarpızın maye tərkibi yüksək olduğu üçün maye məhdudlaşdırılması olan böyrək diqqət edərək yemələri lazımdır. Şəkər xəstələri qarpız yeyə bilər, amma miqdarına diqqət edilməlidir. Çünki meyvə şəkəri qan şəkərini yüksəldir və miqdarı çox olursa qan şəkərində istənilməyən yüksəlmələrə səbəb olur. Diabetli insanlar qarpız yeyən zaman yeyilən  miqdara diqqət etməli 1 əsas yeməkdə 1 nəfərlikdən çox yeməməlidir.

Qarpızın faydaları

Faydaları saymaqla bitmir.

- Günlük meyvə ehtiyacını qarşılayır.

- Lif tərkibi ilə bağırsaqları işlədir.

- Su tərkibi ilə günlük içməli olduğumuz maye ehtiyacını qarşılayır. 

- Qırmızı meyvələrdə likopen yüksəkdir və bu ürək xəstəlikləri, ürək infarktı və bəzi xərçəng tiplərinə ( xüsusilə prostat) qarşı qoruyucudur. 

- C vitamini və folik turşu yüksəkdir. C vitamini xəstəliklərə qarşı qoruyucu ən yaxşı antioksidan vitaminlərdən biridir.

- Qırmızı meyvələr inflamasyonu azaldır və antioksidan xüsusiyyətlərə sahib bəzi flavonoid tərkibidir. Bu səbəblə qarpızın xəstəliklərə qarşı qoruyucu və immuniteti gücləndirici təsiri vardır.

 

 


10 iyul 2018
GO BACK