Ramazan ayında uzun müddət ac qalmaq və gün içində maye qəbul edilməməsi ağızda xoşa gəlməz qoxunun yaranmasına şərait yaradır. Gündəlik həyatımızda ağızdan qoxunun gəlməsinin qarşısını almaq üçün müəyyən nüanslara diqqət etmək kifayətdir.
Ramazan ayında uzun müddət davam edən aclıq və susuzluq ağızda xoşa gəlməz qoxunu artırarkən, həzm sistemi, sinüzit, boğaz və ciyərlərdəki problemlərin də işarəsi olaraq xoşa gəlməz qoxu yarana bilir. Xoşa gəlməz ağız qoxusu cəmiyyətdə 4 nəfərdən birində rastlanmaqdadır.
İmsak vaxtı ağız təmizliyinə riayət etməyi unutmayın
Ac qalmağın müddətinə bağlı olaraq ağızda çoxalan bakteriyalar, diş çürüyünə və pis qoxuya səbəb olur. Xüsusilə, imsak vaxtı diş təmizliyinə riayət edilməsi bakteriya artımını azaldır. Yeməklərdən sonra diş fırçalamaq yerinə ən azı 1 saat sonra dişlərin fırçalanması bakteriyaları azaldarkən, dişlərin daha az zədələnməsinə kömək edir.
Stress ağız qoxusuna təsir edir
Fərqli səbəblərdən yaranan ağız qoxusu ağız içindəki tüpürcək vəzisinin stressə bağlı olaraq daha az ifraz olunması ilə də yaranır. Stress vücud sağlamlığının yanında ağız və diş sağlamlığını da pis təsir edir.
Ədviyyatlı yeməklərdən uzaq olun
Ədviyyatlı qidalar ağız quruluğuna səbəb olduğu üçün ağız qoxusunu artırmaqdadır. Bu qidalar, tərləmə və nəfəs vasitəsilə xaric olunduğundan xoşa gəlməz qoxu yarada bilir.
Bir fincan çay yerinə bir dilim meyvə
Adətən imsakda içilən çay və qəhvə, ya da ədviyyatlı qidalar ağız quruluğunu artırmaqdadır. Bu qidaların yerinə təzə sıxılmış meyvə suları ilə meyvə, tərəvəz və taxıl bitkilərindən hazırlanmış qidalarin istifadə olunması ağızda tüpürcək ifrazını artırır.