Yaddaş yorğunluğunu, qısa müddətli yaddaş getməsi ya da yada salmaqda çətinlik çəkməni müalicə etmək və qarşısını almaq üçün bitkilərdən kömək istəyə bilərsiniz. Hansı bitkilərin sizə daha xeyirli olduğunu bildiyinizdə, dərman yerinə bitkilərdən istifadə etmək çox zaman daha etibarlıdır.
Rozmarin
Rozmarin, yaddaşı gücləndirici təsiri olan, sıx istifadə edilən, xoş qoxulu bir bitkidir. Araşdırmalara görə rozmarin yağı yaddaşı gücləndirən və hətta ruh halınızı yaxşılaşdıran təsirə malikdir. Dəsmalınızın üzərinə 2-3 damcı rozmarin yağı damladın və qoxusunu içinizə çəkin. Quru ya da təzə rozmarin yarpaqlarından hazırlanmış rozmarin çayı içmək də yaddaşınızı gücləndirəcəkdir.
Qış gilası
Hind jenşeni kimi də tanınan qış gilası beyin üçün canlandırıcı tərirə sahibdir. Qış gilası, beyinimizdə yeni hüceyrə yaranmasını dəstəkləyərək beyinimizi gücləndirir. 2010-cu ildə edilən araşdırmalarda qış gilası alzheirmer xəstəliyinin müalicəsinə də təsiri olduğu öyrənilmişdir.
Adaçayı
Adaçayı neçə illərdən bəri yaddaşı gücləndirən bir bitki olaraq istifadə edilir. Beyinizi gücləndirmək istəyirsinizsə, adaçayının yarpaqlarını həmdə şorbanızın içərisinə də ata bilərsiniz. Yaxud da yemək və salatlarınızın üzərinə sous olaraq qatmağı yoxlaya bilərsiniz.
Yaşıl çay
Yaşıl çay nizamlı olaraq istifadəsində inkişaf edici təsirlər olduğunu açıqlanmışdır. Yaşıl çayın antioksidan xüsusiyyəti beyinin düzgün işləməsini təmin edir. Zehnimizi təzə saxlamaq üçün gündə 2-3 fincan yaşıl çay için.
Hinq reyhanı
Hind reyhanı bədənimizin streslə başa çıxmasına kömək edir. Yaddaşınızı, zehninizə fəallaşmasını artıraraq yaşla bağlı yaddaş zəifliyinin qarşısını alır. Yaddaşınızı təzə saxlamaq üçün gündə bir stəkan hind reyhanı çayı için.
Hər hansı bir üsulu yoxlamazdan əvvəl mütəxəsislə məsləhətləşin!