Qadin.NET / İmmuniteti gücləndirən qidalar

İmmuniteti gücləndirən qidalar

İmmuniteti gücləndirən qidalar

 

Qış aylarında hamımızda bir halsızlıq, yorğunluq, yuxusuzluq, istəksizlik kimi duyğular olur. Bu dövrü daha rahat keçirmək və daha sağlam olmaq üçün müəyyən qidalarla qidalanmaq lazımdır. Bunlar hansılardır?

Nar

Nar qış aylarında ən qiymətli meyvələrdəndir. Dərini gözəlləşdirir, təzyiqi tənzimləyir. Tərkibində fosfor, kalsium və dəmir var. Bundan əlavə C vitaminin mənbəyi olmaqla yanaşı, tərkibində B vitamini də var. 

 Yaşıl soğan

Bu qış günlərində əvəz edilməz qidadır. Sarımsaq və soğan kimi sağlamlığımıza xeyirlidir. Anti-bakterial tərkibi var. Damarların sərtləşməsinin qarşısını alır. Damar xəstəliklərinin və iflic riskini azaldır.

Brokoli

Brokoli yaxşı kalsium mənbəyidir. İmmuniteti gücləndirən bir qış tərəvəzidir. Tərkibində olan A vəK vitamini sayəsində D vitamini çatışmazlığı yaşayanlara kömək edə bilir.

İmmuniteti gücləndirən qidalar

 

Alma

Alma həzm sistemini yaxşılaşdırır. Xüsusilə, dəri xərşənginin qarşısını alır. Tərkibindəki C vitamini sayəsində isə qış aylarında əvəz edilməz meyvədir. 

İspanaq

İspanaq  A və C vitaminlərindən başqa, maqneziumun və dəmir kimi mineralların mənbəyidir. Ürək-damar xəstəliklərinə qarşı çox faydalıdır. 

Kivi

Hər kəsin bildiyi kimi C vitamininə görə zəngin meyvədir. Hüceyrələrdəki mutasiyanın qarşısını alır. Tərkibindəki minerallar güclüdür. Tənəffüs prosesinə yardım edir.

19 oktyabr 2018
GO BACK