Dəri sağlamlığı olduqda, görünüşünüz, yeməyinizin keyfiyyəti olduqca vacib detalları göstərir. Bəzi qidaları azaltmaq dərinin sağlamlığı, parlaq və təmiz görünməsinə köməklik göstərərkən, dəri üçün zərərli qidalar tam tərsini edir. Ümuni sağlamlığımızda, yediyimiz qidalar bədənimizin hər hissəsinə, hətta beyin sağlamlığımızda da fərq yarada bilər.
Keyfiyyətsiz, paketləşdirilmiş qidalar
Dəri üçün zərərli qidaların bir qurupu az keyfiyyətli paketləşdirilmiş və istifadə olunmuş qidalardır. Bu yeməklərin istifadə olunma vaxtları qidanın tərkibindəki maddələrə təsir göstərir. Əgər qidalanmanızda bu cür qidalar üstünlük təşkil edirsə qida maddəsi çatışmamazlığı yaşamanız böyük bir ehtimaldır. Bu cür çatışmamazlıqlar dəridə öz təsirini göstərir. Yediyimiz yeməklər nə qədər keyfiyyətli olarsa, dərimiz və sağlamlığımız da o qədər sağlam olar. Həmdə hazır yeməklərin tərkibdəki su azlıq təşkil edir. Suyun da dəri gözəlliyi üçün nə qədər əhamiyyətli olduğunu bilirik.
Təbii olmayan qidalar
Təbii olmayan qidalarda müxtəlif dərmanlardan istifadə olunur. Təbii qidalarda vitaminlər, minerallar 2-3 qat çox olmaqdadır. Bu maddələri nə qədər çox istifadə etsək dəri görünüşümüzdə bir o qədər gözəl olar.
Mənşəyi bilinməyən ət məhsulları
Sənayədə heyvanlara steroid və antibiotiklər verilməkdədir. Həmdə sağlam olmaları üçün deyil, tez kökəlmələri üçün verilir. Bu maddələr bədənimizdə hormonal dəyişiliklərə yol aça bilir. Bu isə sızanaqların yaranmasına səbəb ola bilir.
Süd məhsulları
Bəzən bir problem süd məhsulları üçün də keçərlidir. Bir çox inəyə bir il süd verməsi üçün hormonal qidalar verilir. Bu südü və ya bu süddən hazırlanmış pendiri, qatığı, dondurmanı istifadə etdiyimizdə həmin hormonları bizdə alırıq. Bu da zərərli bakteriyaların bədəndə qalmasına səbəb olur.
Qızarmış qidalar və hidrogen yağları
Dəri üçün zərərli qidalardan biri də qızardılmış yağdır. Yağ çox qızdıqda oksidləşir. Anti-oksidlərin faydalı olduğunu bildiyimiz kimi oksidlənmiş yağın zərərli olduğunu bilirik. Xüsusilə də təkrar-təkrar istifadə olunan yağlar bədəndən xaric olunmayaraq ürək, qan dövranına təsir göstərir. Sağlam dəri üçün isə qan dövranı yaxşı olması lazımdır.
Süni dadlandırıcılar, rəngləndiricilər
Aspardam, Red 5 kimi qida qatqıları əslində bədənimizə heç daxil olmamalı kimyəvi maddələrdir. Bu cür kimyəvi maddələr toxumalarımıza təsir göstərir.
Tərcümə edən: Bəsti