Qadin.NET / Şokoladın qidalanmadakı rolu

Şokoladın qidalanmadakı rolu


Bir sevgililər günü klassikası olan şokolad həmişə kökəldən, sızanaq çıxardan, dişləri pozan bir qida maddəsi hesab edilir. "Aman kilo almayım" təlaşı içərisində cazibəsinə qarşı qoyulmağa çalışılar. Amma axır-əvvəl  bir şəkildə  yeyilir. Ölçünü qaçırmadan yediyiniz müddətcə şokoladın bir çox faydalı təsirindən faydalana bilərsiniz. Çünki şokolad həyatın keyif verici yanlarından biridir.

Şokolad yalnız möhtəşəm ləzzətli bir yemək deyil, eyni zamanda faydalıdır. Xərçəngə qarşı, ürək xəstəliklərinə maneə törətmədə, immunitet sistemini qüvvətləndirmədə rol oynayır. Eyni zamanda romantik mənada da özümüzü yaxşı hiss etməmizi təmin edir.

Xüsusilə işıq baxımından zəif olan, havanın erkən qaraldığı qış aylarında insanları daha rahat və dinc edən seratonin hormonu bədən tərəfindən daha tez istehlak edilir, bu da bikefliyə və narahatlığa səbəb olur. Ağıza atılan bir parça şokolad serotonin hormonunun ifraz olunmasını təmin edir.

Şokoladın ehtiva etdiyi yağ isə endorfin ifraz etməmizə gətirib çıxarır, endorfinlər də coşğulu bir ruh halı içində olmamızı təmin edir. İdmançılar üçün də, yarışma əvvəlində yeyiləcək bir şokolad motivasiya baxımından faydalı bir təsir yarada bilir. Şokoladın içindəki kafein bu mövzuda olduqca təsirlidir.

Şokoladın, daha doğrusu kakaonun içində fenoller var. Bu maddələr -eyni qırmızı şərabda olduğu kimi- xolesterinin əleyhdarı olaraq damar tutulmasından və ürək xəstəliklərindən qoruyurlar.

50 qr. şokoladın içində bir qədəh qırmızı şərabda olduğu qədər fenol var. Və şokoladın rəngi tündləşdikcə bu dəyər artır. Fenoller antioksidant maddələrdir. Antioksidanlar, ətraf çirkliliyi, sağlamsız bəslənmə, spirt və siqaret kimi bədənə zərər verici şeylərə qarşı hüceyrələrin müqavimətlərini artırmağa yararlıdı. Çünki bu kimi faktorlar hüceyrələrə zərər verib, xərçəngə səbəb ola bilər, bədən sisteminin yaşlanmasını sürətləndirərlər. Kakao fenolu eyni zamanda immunitet sisteminin qüvvətlənməsində də təsirli rol oynayar.

 

Şokolad kalsium, fosfor, maqnezium, dəmir, sink və mis kimi minerallar ehtiva edər.

Tünd rəngli şokoladlar ümumi mənada daha "sağlam" sayılan növlərdir. Bunların rənglərinin tünd olması ehtiva etdikləri yüksək kakao nisbətindən qaynaqlanır.

Təbii şokoladın yüksək şəkər ehtiva etdiyini də unutmayın.

Diyabetik olanları, şokoladdan imtina edə bilməyən amma şəkər almaq istəməyənlər üçün bir variant ola bilər.

Şokolad Diyeti: 

Nahar:

1 çay qaşığı fındıq, fıstıq əzməsi və ya cem

1 dilim kəpəkli və ya çovdar çörəyi

1dilim pendir pomidor, xiyar, yaşıl bibər

 

Ara: 1 meyvə (4 ədəd şokolada batırılmış çiyələk də ola bilər)

 

Günorta: 1 boşqab qızartma toyuğun döş əti

1su stəkanı ayran,

Salat

Ara: 1 ədəd kiçik şokolad , vafli və ya 1 kasa şokoladlı pudinq

 

Axşam: 4-5 qaşıq zeytunyağlı tərəvəz yeməyi

3 yemək qaşığı qatıq

1 dilim kəpəkli və ya çovdar çörəyi

salat

Ara: 1 su stəkanı şokoladlı süd 1 ədəd istədiyiniz  meyvə. 

17 iyul 2011
GO BACK