Qadin.NET / Hansı qida məhsullarının çatışmamazlığı yorğunluğa səbəb olur?

Hansı qida məhsullarının çatışmamazlığı yorğunluğa səbəb olur?

Hansı qida məhsullarının çatışmamazlığı yorğunluğa səbəb olur?

Günlük həyatımızda çox tez yorulur və bunu nə etsək əngəlləyə bilmiriksə, deməli bu mövzunu qidalanma baxımından dəyərləndirmə zamanımız gəlib. Psixoloji halımız, xərçəng, diabet kimi bəzi sağlıq problemləri, içki və kofein istifadəsi, fəaliyyətimiz, yuxu müddətimiz və bəzi dərmanlar yorğunluğa səbəb olur. Bunlardan əlavə unutmamalıyıq ki, qidalanma vərdişlərimiz və bəzi qida məhsullarının çatışmazlığı da yorğunluğa səbəb olur.

Hansı qida məhsullarının çatışmamazlığı yorğunluğa səbəb olur?

Təməldən hər qida məhsulu çatışmazlığı yorğunluğa səbəb ola bilir. Ancaq qida məhsulları baxımından yorğunluğa ən çox səbəb olan mineral dəmirdir. Dəmir mineralı qırmızı qan hüceyrələrindəki hemoqlabinin təşkilində rol oynayır və bu da bədəndə oksigen daşınmasını təmin edir. Bədənimizdə dəmirin az olması mərhələli olaraq dəmir çatışmazlığı anemiyasına səbəb olur. Dəmir çatışmazlığı anemiyası insanlarda yorğun hiss etmə, əsəbilik və diqqət cəmləmə çətinliyi kimi problemlərə səbəb olur.

Hansı qida məhsullarının çatışmamazlığı yorğunluğa səbəb olur?

Yorğunluqla bağlı düşünülməsi lazım olan bir digər qida B12 vitaminidir. Bədəndə kifayət qədər B12 vitaminin olması sağlam sinirlər və qan hüceyrələri üçün lazımdır. Bu vitamin eyni zamanda DNT sintezində də rol oynayır. B12 vitamini çatışmazlığı maqalobatik anemiya deyilən bir növ anemiyaya səbəb olur. Yaşlı insanlar, bəzi osteoartroz xəstəliyi olanlar, hamilə qadınlar və vegeteryanlar B12 çatışmazlığının inkişafı baxımından riskli qruplardır. B12 çatışmazlığının simptomlarına gəldikdə isə deyə bilərik ki, yorğunluq, gücsüzlük, nevroloji simptomlar, tarazlıq və yaddaş problemi, zehni bulanıqlıq və iştah itməsi problemin göstəriciləridir.

Hansı qida məhsullarının çatışmamazlığı yorğunluğa səbəb olur?

Yorğunluq baxımından unudulmaması lazım olan vacib bir qida sudur. Bədənimizin təxminən 50-55% -i sudur və orqanizmin hər hüceyrəsinin, toxmasının və orqanının funksiyasını göstərə bilməsi üçün su lazımlıdır. Çox az belə olsa bədəndəki su əskikliyi, yorğunluq və gücsüzlüyə səbəb olur. Bunlardan əlavə folat (fol) turşu və yod çatışmazlığı da yorğunluğa səbəb olacaq bir digər qida olaraq sayılır. Nəticə olaraq yetərli və nizamlı qidalanma sayəsində hər qida məhsulunun qəbulu yorğunluğu yox etməkdə ən vacib silahdır. Yorğunluğu olan insanların da qidalanma baxımından dəyərləndirilməsi və bəzi qan testləri ilə bu halın müəyyən edilməsi çox önəm qazanır.

22 avqust 2016
GO BACK