Qadin.NET / Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!

Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!

 Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!

Daha sürətli qaçmaq istəyirsən? Çuğundur şorbasını və ya sobada bişmiş çuğundur salatı ye. Sent-Luis univeristeti 2012-ci ildə “Journal of the Academy of Nutrition and Dietetics” jurnalında bir araşdırma nəşr etdi. Araşdarmanın kilid nöqtəsi ehtiva etdiyi nitratdan dolayı bişmiş çuğundurun “akut olaraq qaçış performansının yaxşılaşdırdığı”nı göstərir. 

Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!

Natrium nitratı duymağa öyrəşmiş ola bilərsiniz. Çünki natrium nitrati sosiska, basdırma, hot-doq kimi ətlərdə sərtləşdirici agent olaraq istifadə edildiyində natrium nitritlərəçevrilir. Natrium nitratın insane vücuduna təsirləri haqqında fikirlərə qarşı, epidemiyoloji araşdırmalar və insan toksikoloji araşdırmaları nitrat alımı iləxərçəng riski arasındakı əlaqəni göstərməkdədir. Əslində fərdlərin aldığı nitratın 70%-dən çoxu gül kələm, ispanaq, kələm, brokkoli və çuğundur kimi kök tərəvəzlərdən gəlir. 

Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!

Bu araşdırmada araşdırmaçılar 11 orta səviyyədə qaçışçı ilə araşdırma apardı. Qaçışçılar treadmill ilə 5 kilometr qaçdı. Yarışdan əvvəl könüllülərə placebo və ya təxminən 500 mq nitrat tərkibli 200 qram bişmiş çuğundur vermişdilər. 

Daha sürətli olmaq istəyirsən? Çuğundur ye!

Nəticələrə görə çuğundur yeyən qrupun ortalama 3 % daha sürətli və vaxt olaraq da 41 saniyə daha yaxşı olduğu müşahidə edilmişdir. Araşdırmanın nəticəsinə görə 200 qram bişmiş çuğundur və ya eyni tərkibli digər tərəvəzlər məşqdən 60 dəqiqə əvvəl yeyilməlidir.

17 avqust 2016
GO BACK