Qadınların bəslənmə ehtiyacları ilk aybaşıdan sonra başlayır. Hamiləliyə hazırlıq, hamiləlik, uşaq əmizdirmə, menopoz kimi özəl zamanlarda diqqətli olmaq lazımdır.
<strong>Kalsiumu gözdən keçirin: Qadınların kişilərə nisbətən osteoporoz riskləri daha yüksəkdir, üstəlik, əzələ sağlığını dəstəkləmək üçün kalsium almaq cox önəmlidir.Süd və pendir kalsium baxımından zəngin olmaqla bərabər, tərkibində doymuş yağ var. Buna görə də yağsız olanlarını və lobya, gül kələm, brüssel kələmi, fındıq kimi qidalardan istifadə etməkdə fayda var.
Çoxlu zülaldan istifadə etməyin: Zülal sağlıqlı bəslənmənin ən önəmli hissəsini tutur. Ancaq cox zülal kalsium azlığına səbəb olur. Sonrakı zamanlarda böyrək və qaraciyəri yoracağı kim,i əzələ itkisii yaradaraq maddələr mübadiləsini yavaşladır.
Lazımi qədər dəmir aldığınıza əmin olun: Bir cox qadın yetərli qədər dəmir almır. Üstəlik, menstruasiya vaxtlarında önəmli səviyyədə mineral itkisi yaşayır və bu da qanazlığına səbəb olur. Yağı az olan qırmızı ət, toyuq əti, yaşıl və qırmızı mərci, kişmiş, badam kimi dəmir baxımından zəngin olan qidalardan istifadə edin.
Spirt və kofeinin miqdarını azaldın: Gündə iki qədəh spirtli içkidən daha cox içki içən qadınların osteoporoz riskinə yaxalanmalarının daha yüksək olduğu bilinməkdədir.Həddindən artıq kofeinin istehlakı kalsium azlığını artırır.
Nahar edin: Səhərlər sağlıqlı nahar edərək, hətta mümkünsə, hər gün dəyişik menyu yaradaraq maddələr mübadiləsini sürətləndirin.Araşdırmalar səhərlər nahar edən insanların nahar etməyənlərə nisbətən az kilolu olduğunu göstərir.
Ayaqüstü yeməyi tərgidin: Kilodakı artma və azalma şəkərli ara yeməklər yeməklə əmələ gəlir. Sadə karbohidratlar enerji səviyyəsində və ruh halında cox böyük dalğalanmalara səbəb olur. Quru meyvələrlə sağlıqlı yağ ehtiva edən badam və qoz kimi sağlıqlı qidalaradan istifadə edin.
Yemək vaxtını keçirməyin: Yeməklər arasında cox fasilə vermək aclıq və yorğunluğu artırır. Hər 3-4 saatdan bir yeyin.
Kompleks karbohidratlardan istifadə edin: Yarma, tam buğda makaronu, qara düyü, yulaf unu, tam taxıllı çörəklər və banan serotonin (xoşbəxtlik hormonu) səviyyəsini artırır, özünüzü yaxşı hiss etməyinizə kömək edir. Ayrıca, bu qidalar zəngin lifə malik olduğu üçün uzun vaxt toxluq hissi verir.
Əzələ sağlığına diqqət: Kalsium və maqnezium D vitamini ilə birləşdirildiyi zaman əzələ sağlığına müxtəlif köməyi olur.
Yağı azaltmayın: Bir çox qadın pəhrizdə yağın ziyanlı olduğunu deyir. Ancaq yağlar sağlıqlı pəhrizin cox önəmli hissəsidir. Əsl önəmli olan hansı növ yağdan istifadə etməkdir. Zeytun və zeytunyağı, fındıq, qoz, badam, balıq, dəniz məhsulları ilə avakadoda olan yağlar sağlıqlıdır. Qadınlar daha yaxşı görünmək və özlərini daha yaxşı hiss etmək üçün sağlıqlı yağlara ehtiyac duyar. Qadınlıq hormonu olan estrogenin yağ quruluşunda olduğunu unudulmamalıdır.