Fərdlərin boy uzunluğu ilk olaraq genetik quruluşu ilə əlaqəlidir. Fəqət bəslənmə də boy uzunluğuna təsir edən əsas xaici faktorlardan biridir. Mütəxəssislər sağlam qidalanma üsulları ilə boyu uzadıla biləcəyini söyləyirlər. Boyun uzanmasına köməkçi olan qidalar buunlardır:
Brokkoli
Brokkoli immun sisteminin güclənməsində və vücudun qorunmasında əsas rol oynayan, uşağınızın boyunun uzanmasını təmin edən, əsas tərəvəzlərin başında gəlir və müəyyən vaxtlarda istifadə olunması məsləhət görülür. Brokkoli çox sevilməyən tərəvəz olsa da, aparılan elmi təcrübələ, sevilməyən qidaların müəyyən bir nizamla yeyilməsinin zamanla vərdişə yol açdığını göstərirlər. Süd məhsulları da boy uzanması üzərində müsbət təsirləri olsa da, xüsusilə südün ayrı bir əhəmiyyəti var. Süd içilməsi boy uzanmasını dəstəkləməklə bərabər uşaqınızın sümük quruluşunun da güclənməsini təmin edər. Bu səbəblə gündə iki stəkan süd içmək olduqca faydalıdır. Xüsusilə südün gecə yatmazdan əvvəl içilməsi lazımdır. Çünki gecə yatmadan əvvəl içilən süd böyümə hormonunun ifrazını təmin edəcəkdir.
Süd məhsulları
Süd məhsulları içində kalsium vardır. Bu qrupda yoğurt, ayran və pendir yer alır. Xüsusilə də yoğurt, tərəvəz yeməyi yeyilərkən mütləq istifadə edilməlidir. Əgər uşağınız pendir yeməyi sevmirsə, pendir istifadəsini təmin etmək üçün pendirli börək və ya poğaça bişirə bilərsiniz. Küncüd ən yüksək kalsium olan qida olması səbəbindən uşaqların qidalanmasında vacib olan küncüd, yağ tərkibinin yüksək olması səbəbilə çox faydalıdır. Məsələn, uşaqlara bəzi günlər çörək yerinə simit verilə bilər, ya da küncüdlü çörəklər yedirmək olar.
Quru meyvələr
Kalsiumun əsas qaynaqlarından biri də quru meyvələrdir. Bu səbəblə boy uzanmasına müsbət yöndə təsir edir. Ara pay olaraq və ya süd ilə birlikdə şiriniyyat ehtiyacını təmin etmək üçün uşağa yedirmək olar. Quru meyvələrin istifadə miqdarı əsasdır. Çünki artıq yeyilməsi lazım deyil. Əgər artıq yeyilərsə, çəki probleminə səbəb ola bilər. Gün içində 4-5 quru qaysı, 2 quru əncir, 1 ovuc qara üzüm qurusu variantlarından birinin seçilməsi kifayətdir.
Soya lobyası
Kalsium tərkibi zəngindir. Yuxarıda qeyd etiyimiz qidalarla bərabər bunu da uşaqlarımıza yedirməyimiz çox vacibdir.