Qadin.NET / Qida alarkən diqqətli olun!

Qida alarkən diqqətli olun!

Qida alarkən diqqətli olun!

Qablı qidaların istifadə müddətini uzatmaq üçün istifadə edilən kimyəvi maddələr sağlamlığımızı təhdid edən əhəmiyyət edilməsi lazım olan təhlükələrdən biridir. Qida alarkən bəzi nüanslara diqqət yetirsək, istifadə etdiyimiz məhsulların sağlamlığımıza olan mənfi təsirini də ortadan qaldıra bilərik.

Xüsusilə qida alarkən nələrə diqqət göstərməliyik?

Şəkər az qala hər qida məhsulunda olan təməl maddədir və uyğun miqdarda istifadə edildiyi təqdirdə istifadəsi bədənə faydalıdır. Diqqət yetirməyiniz lazım olan aldığınız məhsulun içindəkilər hissəsində təkcə "şəkər" (sakaroz) yazılmasıdır. Çünki yalnız bu yazı varsa, o məhsul təbii şəkər ilə çıxarılmış deməkdir. 

Qida alarkən diqqətli olun!

Bəzi qida məhsullarında süni dadlandırıcı da istifadə edilməkdədir. Əgər aldığınız məhsulun içindəkilər hissəsində glikoz siropu, fruktoz siropu, misir siropu və aspartam kimi maddə adları yazılıbsa, süni dadlandırıcı istifadə edilmişdir deməkdir. Mümkün olduğunca bu qidalardan qaçınmalısınız. Əksi təqdirdə qaraciyərimiz beynə toxluq hissi göndərə bilməz və davamlı yemək yemə istəyi meydana gələr.

Qida məhsullarında istifadə edilən misir siropu müxtəlif xəstəliklərin xəbərçisidir. Bu xəstəliklərin başında obezite, diabet, ürək narahatlıqları, pankreas xərçəngi, xolesterol kimi xəstəliklər gəlməkdədir.

Bütün şəkərli hazır qidalar ən cazibədar hazır qidaların başında gəlir. Lakin şəkərli hazır qidaları satın alarkən diqqət yetirməmiz lazım olan içindəkilər hissəsində NBŞ tapılmamasıdır. Bunun yerinə çuğundur şəkəri yazmasına diqqət yetirin.

Pəhriz məhsullarının çoxunda süni dadlandırıcı istifadə edilməkdədir. Süni dadlandırıcılar isə xüsusilə bel bölgəsində yağlanılmağa səbəb olmaqdadır.

12 yanvar 2016
GO BACK