Yaz mövsümünün ən sevilən tərəvəzlərindən biri olan təzə paxlanın əslində bilmədiyiniz bir çox faydası vardır.
Paxla (Phaseolus vulgaris) paxlalılar (Fabaceae) fəsiləsinn Phaseolus cinsindən olub, Orta Amerika mənşəli, bir ildə yetişən otüstü bir bitki növüdür.
Buğumlu gövdəsində tüklü və yaşıl rəngli yarpaqları olur. Yarpaqların altından salxımlar halında çıxan çiçəkləri ağ, çəhrayı ya da bənövşəyi rənglidir. Dik kol formasında (yüksəkliyi 30-75 sm) və sarılıcı xüsusiyyətdə (yüksəkliyi 1-2 m) başlıca iki forması var. Yastı, yumru, düz ya da əyri olan meyvələrinin uzunluğu 5-15 sm arasında dəyişir və əsasən yaşıl rəngdədir.
Soyuğa həssas bir bitki olan paxla hər cür torpaqda yetişir. Paxlanın bu gün dünyanın bir çox yerində əkinçiliyi edilməkdədir. Təxminən 80 növü vardır. Bütün paxlalılar içində ən çox istehlak edilən tərəvəzlərdən biridir və toxumdan yetişdirilir.
Təzə paxlanın faydaları
Təzə yaşıl paxlanın kalorisi olduqca aşağıdır. Çiy olaraq 100 qramı 31 kalori ehtiva edər. Doymuş yağlar ehtiva etməz. Vitamin, mineral və mikro qidalar baxımından olduqca zəngindir.
Yüksək lif ehtiva etdiyi üçün həzm sistemini nizamlayar, qəbzliyi önləyər. Qarşıda meydana gələ biləcək qalın bağırsaq xərçəngi riskini azaldır. Xolesterolun qalın bağırsaqdan geri sorulmasını azaldaraq qan xolesterolu səviyyəsini salar.
Tərkibində çoxlu B6 vitamini, B1 vitamini və C vitamini var. C vitamini ilə zəngin yeməklər bədən müqavimətini artırır, infeksiyalarla mübarizəni təmin edər, sərbəst radikalların hüceyrələrə olan pis təsirlərinə qarşı mübarizə aparar.
Tərkibində dəmir, kalsium, maqnezium, manqan və kalium kimi maddələr mübadiləsi üçün çox əhəmiyyətli olan mineralları lazımlı miqdarda vardır. Potasyum isə ürək ritminə və qan təzyiqinə nəzarət edən çox əhəmiyyətli bir mineraldır.
Təzə paxla fiziki və zehni yorğunluqları aradan qaldırır. Bədəni qüvətləndirir. Şəkər xəstəliyinin qarşısını alır və qandakı şəkər miqdarını aşağı salar.
Böyrəklərdəki qum və daşların tökülməsinə kömək olur. Qaraciyər çatışmazlığını müalicə edər. Ürəyi və böyrəkləri qüvvətləndirər. Ürək döyüntülərini aradan qaldırar.
Zəhərlənmədən sonra yeyilərsə, tez yaxşılaşmağı təmin edər. Göz sağlamlığının qorunmasında olduqca əhəmiyyətli bir rol oynayır.