Qadin.NET / Qida maddələrinin təbiiliyi

Qida maddələrinin təbiiliyi

Qida maddələrinin təbiiliyi

Həqiqətən təbii məhsullar yalnız o məhsullar saylır ki, hansılar heç bir texnoloji prosesdən keçmirlər, yəni "baza" məhsullarıdır. Misal üçün yarma, onun vasitəsilə biz sıyıq bişiririk (onun əvəzində buxar ilə emal edilmiş, şəkər və quru qaymaq ilə əlavə olunmuş yulaf lopalar), təzə tərəvəzlərdən salat və şorba, adi ət (onun əvəzində kulinariya kotleti və supermarketdən alınan kolbasa), dondurulmuş balıq (onun əvəzində konserv bankada yağın içində və ədviyyatlarla olan siyənək), meyvələr (onun əvəzində konservləşdirilmiş ananaslar və şəkərlənmiş şaftalılar), süd və kəsmik, süzmə, şor (onun əvəzində şirin yoqurtlar, yaxud kəsmik desertlər). Buna görə də baza məhsullarını almaq lazımdır, və onlardan xörək hazırlamaq, əlavə olunan yağın, duzun, şəkərin, əlavələrin, sousların və ədviyyatların nəzarət edilməsi şərti ilə.

Təəssüf ki, bu həmişə alınmır, və biz məcbur oluruq hazır və nisbətən hazır qidalar almaq. Belə bir halda biz malın üstünə yapışdırılan yarlıkı oxumaqı öyrənməliyik və oxuyandan sonra bu məlumatı təhlil etməliyik. Yarlıkda siz iki ən vacib məlumat mənbəsinə fikir verməlisiniz:

 Qida maddələrinin təbiiliyi

1) Qidanın tərkibi. İstehsalçı qidaya daxil olan bütün əlavələrin siyahını qöstərməyə borcludur, ona görə də bu siyahıya diqqətlə fikir verin. Əsas məqamlar - yağlılıq, şəkər və diqər çoxsaylı konservantların, müxtəlif "sintetika" və başqa əlavələrin daxil olunmasıdır.

2) Yararlıq müddəti. Bu məlumatın faydalıqı ondan ibarətdir ki, qidanın təzə olub olmamagını qöstərir, və həmçinin diqər nöqtə nəzərdən ki, həmin qidada konservant həddindən artıq çoxdur ya yox.

Alimlərin və həkimlərin fikrincə ən zərərli qida məhsulları aşağıdakilardır: çips, fri-kartofu, hot-doqlar, burqerlər, konservləşdirilmiş qidalar, kolbasa, mayonez, ketçup, əriştə, tez hazırlanmış püre, qazlı su, soklar. Bütün sadalanan qidaların tərkiblərində heç bir xeyirli element yoxdur, bu qidalar yalnız kimyavi əlavələrdən, konservantlardan və dad gücləndiricilərdən ibarətdir. 

Keyfiyyətli çayı necə seçmək lazımdır?

1. İlk növbədə çayın yığılıb bağlanmasına fikir vermək lazımdır. Çəkilib qablaşdırılma tarixini müəyyən etmək vacibdir. Bu tarix, çayın yığılma tarixi ilə, ola bilsin ki, eyni olmasın. İdeal variant - çay harada yığılıbsa orada da çəkilib qablaşdırılıb. Çayın saxlama tarixi onun çəkilib qablaşdırılmasından sonra 2 ildən artıq müddət olmamalıdır. Bu müddətdən sonra çay öz müalicəvi xüsusiyyətlərini, doymuş ətirini və rəngini itirir.  

Qida maddələrinin təbiiliyi

2. Çay yarpağının ölçüsünə fikir verin, bu ölçü etiketdə olan ölçülü ilə eyni olmalıdır. Eynidirsə, deməli çay keyfiyyətlidir, əks halda yox.

3. Çayın etiketində həmçinin ixrac edən ölkənin və istehsal edən kompaniyanın adları olmalıdır. Həmçinin çayın müvafiq kodlanması olmalıdır.

Seçmə keyfiyyət: FTGFOP (Finest Tippy Golden Flowery Orange Pekoe).

Yüksək keyfiyyət: GFOP(Golden Flowery Orange Pekoe) 

Yüksək keyfiyyət: FOP(Flowery Orange Pekoe)

Kifayətləndirici keyfiyyət: D/F 

4. Keyfiyyətli çayın çəkilib qablaşdırılması vakuumlu folqa ilə olur. Dəmir bankada yaxud qutuda olan çayın keyfiyyəti aşağı səviyyədədir.

5. Çayın konsistensiyası və yarpaqları eyni rəngdə olmalıdır. Yarpaqlarda kiçik parıltı olmalıdır. Çayın rəngi solğundursa, deməli belə çayın vaxtı ötüb, yaxud çay texnologiyanın pozulması ilə qurudulub. Əsas odur ki, çayda budaq qırıntıları, kağız yaxud ağac parçaları, folqa olmamalıdır.

19 may 2016
GO BACK