Qadin.NET / Cavanlıq məhsulları

Cavanlıq məhsulları

Cavanlıq məhsulları

1. Batat adlı bu tərəvəz şirin kartof dadı verir. Bu tərəvəzi müntəzəm olaraq istifadə etdikdə bütün orqanizmin immunitetini qoruyur və dərinin elastikliyini bərpa edir. Tərkibində olan karotin və mis kollagen vitaminlər sizi yaş artdıqca kosmetoloqa getmək əziyyətindən xilas edəcək. 

Cavanlıq məhsulları

2. Giləmeyvələrdə olan antioksidantlar beyinə və dəriyə yaxşı təsir edir. Pəhriz zamanı daha çox çiyələk, moruq, moruq kimi giləmeyvələrdən istifadə daha doğrudur. Amerikan alimlər 2 ay siçanları çiyələk və qarağat pəhrizində saxlayıblar. Sonra onları sürətlə qocaltmağa çalışıblar. Lakin bu mümkün olmayıb. Qəbul etdikləri vitamin bunun qarşısını alıb.

Cavanlıq məhsulları

3. Paxlalı bitkilərdən müntəzəm istifadə dəridə olan qıcıqlanmanı aradan götürür və ürəyə çox xeyirlidir. Amerikan dietoloq Рљeri Hans paxla bitkilərinin insan bədəni  üçün çox xeyirli və faydalı bitkilər olduğunu dəfələrlə vurğulayıb. Onlar B (dəri üçün faydalıdır) qrup vitaminlər, zülallar və sellülozu (ürək sağlamlığını dəstəkləyir) idarə edir. Çünki müxtəlif növ paxlalı bitkilərin tərkibində müxtəlif miqdarda spesifik qidalı maddələr var.

Cavanlıq məhsulları

4. Yulaf yarması bizim orqanizmi çoxlu sayda mühüm maddələrlə zənginləşdirir. Onların arasında sellüloz, B vitamini və zülal üstünlük təşkil edir. Dəri, tük və dırnaq vəziyyətini yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir, həzmdə müsbət təsir edir və əlavə enerji verir.

Cavanlıq məhsulları

5. Əgər D vitaminini günəşdən ala bilmirsinizsə, süd için. Sümük sağlamlığımızı və kalsium çatışmazlığını aradan götürmək üçün biz günəşdən D vitamini almağa çalışırıq. Üstəlik D vitamini qəbul edən orqanizm erkən qocalmaya da meydan oxuyur. Lakin hər bir insana Günəş şüası qəbul etmək mümkün olmur. Əsasən də qışda bu qeyri-mümkün olur. Bunun üçün gündəlik müntəzəm olaraq bir stəkan süd içmək zəruridir.

Cavanlıq məhsulları

6. Kakao ürəyi möhkəmləndirir, şəkər və xərçəng kimi xəstəliklərin qarşısını alır. Düzgün seçilmiş şokolad immuniteti yüksəldir, qanda təzyiqi normallaşdırır. Şokolad seçərkən onun tərkibində kakaonun daha çox olmasına diqqət yetirin. Çünki bu zaman həmin şokoladın tərkibində şəkər və başqa zərərli maddələr az olur.

Cavanlıq məhsulları

7. Zeytun yağı və qoz. Bu qidaları mütamadi olaraq işlədən insanın infarkt keçirmə riski çox azdır. Ancaq həddindən çox istifadə etmək əlbəttə də ki, ziyandır. Gün ərzində 30 qram qoz və 2-3 xörək qaşığı zeytun yağı istifadə etmək lazımdır.

Cavanlıq məhsulları

8. İspanağın nə qədər faydalı bir bitki olduğunu bilirdinizmi? İspanağın təkibində K vitamini, dəmir və insan orqanizmi üçün faydalı bir neçə vitamin var. İspanaq orqanizmi, sümükləri möhkəmləndirir, əzələ kütləsini artırır, gözləri katarakta kimi xəstəlikdən qoruyur, ispanağı bişmiş və ya çiy olaraq yeyə bilərsiniz.

16 iyul 2015
GO BACK