Qadin.NET / Mayonezin zərərləri

Mayonezin zərərləri

Mayonezin tərkib maddəsi yumurtadır. Yumurtadan edilmiş bir məhsul hər kəsə zərərli bir şey olmadığı düşüncəsini oyandırır. Lakin mayonez içinə rəf ömrünü uzatmaq üçün qoyulan, qatqı maddələri mayonei dayanıqlı edir. Lakin çox təəssüf ki, bütün dünyada olduğu kimi bizim ölkəmizdə də mayonez istifadəsi hər keçən gün artır. Hamburqer, kartof qızartması, makaron kimi yeməkləri az qala mayonez və ketçup cütü olmadan yemirik.

 

Mayonezin bəzi zərərlərini bu şəkildə sıralaya bilərik:

• Elm insanlarının araşdırmalarına görə tərkibində rəngləndirici maddə olan yemək və içkilər, xüsusilə uşaqların savad səviyyəsini aşağı  saldığı ortaya çıxmışdır.

• Mayonez kimi rəngləndirici maddə tərkibli qidaların xərçəngə tutulma riskini artırdığı bildirilir.

• Mayonezin içində olan bir digər zərərli maddə qarğıdalı nişastasıdır. Qarğıdalı nişastası genetikası ilə oynanmış bir qidadır və bu cür qidalar isə insan sağlamlığına son dərəcə zərərlidir.

• Mayonez yağlı olduğu üçün xolesterolu yüksəldir.

• Şəkər xəstələrinin Mayonez istehlak etməsi qətiliklə çox təhlükəlidir.

• Çox mayonez istehlakı təzyiq xəstəsinin təzyiqini yüksəldə bilər.

Mayonezi sağlamlığa faydasız edən tək şey rəf ömrünü uzatmaq üçün istifadə edilən qatqı maddələrinin olmasıdır. Uşaqlarınız mayonez yeməkdən imtina edə bilmirlərsə, evinizdə sağlam bir şəkildə mayonez hazırlaya bilərsiniz .

Mayonezin zərərləri

Evdə təbii mayonez hazırlamaq üçün lazımlı vəsaitlər:

• 2 xörək qaşığı limon suyu

• 2 ədəd yumurta

• 3 xörək qaşığı duru yağ

• 2 çay qaşığı duz

• 2 xörək qaşığı sirkə

Hazırlanması:

Yumurtaları bir qabın içinə qırın və mikserin sürətli nizamında bir müddət  qarışdırın. Daha sonra 1 qaşıq duru yağ əlavə edib qatışdırmağa davam edin. Bir iki dəqiqə daha qarışdırdıqdan  sonra 1 qaşıq duru yağ daha əlavə edin. Yumurtanın içində yağ tamamilə itdikdən sonra 1 qaşıq  yağ daha əlavə edin, beş dəqiqə daha qarışdırın. Daha sonra sirkə tökün və qarışdırmağa davam edin. Ardından limon suyunu əlavə edib qarışdırdıqdan sonra duzunu əlavə edin, bir neçə dəqiqə daha qarışdırın, sonra mayonez hazır hala gələcəkdir. Hazırlamış olduğunuz bu mayonezi bağlı hava almayan bir qabda 1 həftə qədər soyuducuda sağlam bir şəkildə saxlayaraq istifadə edə bilərsiniz. Nuş olsun.

3 iyul 2015
GO BACK