Qadin.NET / Boy uzadan qidalar

Boy uzadan qidalar

Ailələrin sağlam qidalanma mövzusunda daha çox şüurlu hərəkət etməyə çalışsalar da, bəzən istənilməyən səhvlər edirlər. Bunun üçün sizə bir neçə məsləhət veririk.

Boy uzadan qidalar
Süd

Süd və digər süd məhsulları uşağınızın boyunun uzanmasında xüsusi əhəmiyyətə sahibdir. Gün ərzində iki stəkan süd içilməsi boy uzanmasına faydalı olmaqla yanaşı, həm də sümük quruluşunun da güclənməsini təsir edər. Südün boy uzatmasına daha çox xeyri dəysin deyə gecə yatmazdan əvvəl içirdilməsi daha məsləhətə uyğundur. Çünki o saatda içilən süd boy artırma hormonunun ifraz olunmasını təmin edəcək.

Boy uzadan qidalar
Süd məhsulları

İçərisində kalsium olan bu qrupa qatıq, ayran və pendir daxildir. Xüsusilə qatıq uşağınızın tərəvəz yeyərkən qabında olmalıdır. Tək pendir yeməyən uşaqlara pendirli börək və qoğal hazırlaya bilərsiniz.

Boy uzadan qidalar

Brokoli

İmmunitet sisteminin güclənməsində və bədənin qorunmasında baş rol oynayan brokoli uşağınızın boyunun uzanmasını təmin edən əhəmiyyətli tərəvəzdir. Uşaqlar tərəfindən çox sevilməsə də, müəyyən məcburiyyətlə yedirilməsi lazımdır. Edilən elmi tədqiqatlara görə sevilməyən qidaları müəyyən bir qayda ilə yeyildiyində vaxt içərisində vərdişə yol açdığını deyirlər.

Boy uzadan qidalar
Quru meyvələr

Quru meyvələr kalsium qaynağıdır. Bu səbəblə də boy uzanmasını təmin edər. Arada və ya süd ilə birlikdə şirin ehtiyacını qarşılamaq üçün uşağa yedizdirə bilərsiniz. Quru meyvənin yeyilmə miqdarı vacibdir. Cünki çox qəbul olunarsa kilo probleminə səbəb ola bilər. Gün ərzində 4-5 quru ərik, 2 quru əncir, bir ovuc qara quru üzüm bəs edəcəkdir.

Boy uzadan qidalar
Küncüt

Ən yüksək kalsium təşkil edən qida kimi uşaqların menyusunda əhəmiyyətli olan küncüt yağ tərkibinin çox olmasına görə təhlükə kəsb edir. Uşaqlara bəzi günlər çörək əvəzinə smit verilə bilər.

Boy uzadan qidalar
Soya paxlası

Soya paxlası kalsium tərkibli zəngin olan qidalardandır. Ümumiyyətlə ölkəmizdə salat olaraq yeyilir. Uşaqların boyunun uzanmasında xeyri olacaq bu qidaya laqeyd yanaşmayın.

21 aprel 2016
GO BACK