Sarımsaq
Təbii bir antioksidan olan sarımsağın faydaları saymaqla bitmir. Qanın təmizləməsi və qaraciyərə dost bir qida olmaqla bərabər təzyiqi də normallaşdırır. Sarımsaq qan şəkərini aşağı salır və mədəaltı vəzi insulin miqdarını artırır. Buna görə, xüsusilə, şəkər xəstələrinə gündə 3 diş çiy sarımsaq istehlakı məsləhətdir.
Süd
Süddə olan yağ turşuları qan şəkərini azaldan xüsusiyyətə sahibdir. Hər sabah və axşam içilən bir stəkan süd qan şəkərini salmaqda ən yaxşı köməkçidir.
Ənginar
Qanda olan şəkərin yüksəlməsinin qarşısını aldığı kimi, həm də tarazlaşdırır. Buna görə ənginar şəkər xəstələrinin mətbəxində olmalıdır. Bundan əlavə, xərçəngə qarşı qorunmağa da kömək edir.
Darçın
Darçın şəkəri saldığı kimi insulin miqdarını artırır. Şəkər xəstələrinə təbii bir dərman kimidir. Ümumiyyətlə, qabıqlı darçını dəmlədiyiniz çaya qatarsınızsa, ehtiyacınız olduğu qədərini alırsınız.
Paxla
Paxla qlisemik indeksi ən aşağı tərəvəzdir. Buna görə paxla yeyilərkən qan şəkəri yüksəlməz, hətta şəkəri normada saxlayar. Buna görə də paxla şəkər xəstələri üçün ən əhəmiyyətli qida maddələrindən biridir.
Yer fıstığı
Yer fıstığı qan şəkərinə qarşı təsirlidir. Xüsusilə, yer fıstığı əzməsi qan şəkərini salıcı təsirə malikdir. Bu təbii ki, qaşıq-qaşıq yeməlisiniz mənasını vermir. Bir xörək qaşığı yer fıstığı əzməsi bir gün üçün kifayətdir.
Çay
Aparılan tədqiqatlar qara çayın qan şəkərini saldığını ortaya çıxarmışdır. Ancaq gündə üç fincan qara çay istifadə etmək lazımdır.