Yeməkdən sonra vərdiş halına gətirdiyimiz hərəkətlər sağlamlığımıza böyük zərər verir. Yeməkdən dərhal sonra yeyilən meyvə mədəmizi hava ilə doldura bilər və nəticədə köp yaranar. Meyvəni yeməkdən bir saat sonra yeməyiniz həzmə kömək edir.
Yeməkdən dərhal sonra içilən çay, qəbul etdiyimiz qidalardan aldığımız zülalları gec həzm etməsinə və alınan vitaminlərdən tam fayda ala bilməməsinə səbəb olur.
Xüsusilə anemiya xəstəliyindən əziyyət çəkənlərin buna çox diqqət etməsi lazımdır. Çay üçün ən uyğun vaxt yeməkdən ən az bir saat sonradır.
Tərkibində dəmir olan qida yeyilibsə və ondan dərhal sonra çay içilirə, yeməklə birlikdə alınan Dəmir (Fe) mineralının bədən tərəfindən istifadəsini məhdudlaşır.
Yeməkdən dərhal sonra edilən gəzinti, qəbul etdiyimiz qidalardakı qida elementlərinin məhdudlaşmasına, yəni yediyimiz yeməyin fayda baxımından heç bir əhəmiyyətinin qalmamasına səbəb olur. Gəzintini 1-2 saat sonraya təxirə salsanız daha məqsədəuyğun olar
.
Yeməkdən dərhal sonra duş qəbul etmək, qan dövranını əl və ayaqlara doğru yönətməklə mədə ətrafında qan kütləsinin çoxalmasına səbəb olur, bu da həzm üçün son dərəcə zərərlidir.
Yeməkdən dərhal sonra yatmaq da həzm sisteminin kifayət qədər işləməməsinə, bağırsaq iltihablanmalarına və mədə narahatlıqlarına səbəb olur. Əlavə olaraq, yeməydən sonra yatmaq sizi kökəldə bilər.