Qadin.NET / Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!

Yediklərinizlə yaddaşınızı qüvvətləndirin!

 Yüksək stress ya da yaşa bağlı olaraq yaddaşınız əvvəlkindən daha pis ola bilər, ya da heç olmamış şeyləri unutduğunuzu fərq edə bilərsiniz. Bu vəziyyət həddindən artıq böyüyürsə, təbii ki, bir həkimə görünmənizdə fayda vardır. Lakin yaddaşınızın zəifləməsi təhlükəli hal almayıbsa, bizim sizə kiçik bir sürprizimiz var! Bu qidalar yaddaşı gücləndirir!

Kələm

Kələm yeməkdən ləzzət  ala bilərsinizsə, özünüzə praktiki sevəcəyiniz növdə salatlar hazırlayaraq kələm istifadə etməyinizi asanlaşdıra biləsiniz. Çünki o tərkibindəki folik turşu səbəbiylə tam bir yaddaş yoldaşıdı!

Brokoli

Bu xəbərə çox sevinmədiniz deyəsən. Ancaq edilən araşdırmalar nəticəsində tərəvəzlə qidalananların yaddaşlarında canlanma olduğu müşahidə edilib. Yaddaş üçün ispanaq da seçim edə biləcəyiniz tərəvəzlərdəndir, amma brokoli tərkibindəki antioksidan, folik turşu və B6 vitaminiylə sizi daha güclü hala gətirəcək!

Yumurta

 

Tərkibindəki B6 və B12 kimi zülallar səbəbiylə digər qidalardan qabaqda olduqlarını unutmamaq lazımdır! Folik turşu yaddaşı artırmada köməkçi olduğu kimi B vitaminlərinin də bu mövzuda təsiri az hesab edilə bilməyəcək qədər çoxdur.

Çiyələk

Budur, yenə həvəslə istifadə edə biləcəyiniz bir qida! Çiyələk istehlakı; qan və sinir hüceyrələri sağlam saxlamaq və qanın beyinə davamlı bir axış təmin etməsində olduqca əhəmiyyətlidir! Tərkibindəki folik turşu və B6 vitamini də vacibdir!

Qəhvə və Çay!

Edilən araşdırmalar nəticəsində çay və qəhvənin yaddaşı fəaliyyətə keçirmək kimi faydaları vardır.

31 may 2015
GO BACK