Qadin.NET / Həkim qədər təsirli 27 meyvə və tərəvəz (2)

Həkim qədər təsirli 27 meyvə və tərəvəz (2)

 

Həkim qədər təsirli 27 meyvə və tərəvəz (2)

 

9) Yaşıl/qırmızı bibər

Tərkibində A,C vitaminləri və sink var. Baş ağrısına xeyirlidir. Miqrenə qarşı qoruyucu təsiri var. Xərçəng hüceyrələrinə qarşı qoruyucu təsiri var. Oynaq iltihabı və ağrılarına qarşı təsirlidir.

10) Kök

Tərkibində A vitamini və selenium var. Orqanizmi infeksiyalardan qoruyur. Ağciyər və bağırsaq xərçəngi riskini azaldır. Dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur.

11) Göbələk

Tərkibində natrium, manqan, kalsium və maqnezium var. Əzələləri gücləndirir. Saç və dırnaqların uzanmasına təsiri var. İltihabın meydana gəlmə riskini azaldır. Ürək və damar xəstəliklərinə qarşı müdafiə edir.

 

 

12) Qara turp

Tərkibində C vitamini, kalsium, manqan və dəmir var. İmmuniteti və qan dövranını gücləndirir. Həzm prosesinə kömək edir. Diş əti problemlərinə qarşı müdafiə edir.

13) Kartof

Tərkibində minerallar, C vitamini, zülal və manqan var. Xərçəngə qarşı müdafiə edir. Orqanizmin toksinlərdən təmizlənməsini təmin edir. Mədə narahatlıqlarına qarşı faydalıdır. Qanı təmizləyir və hüceyrələri təzələyir.

14) Sarımsaq

Xərçəngə qarşı immuniteti gücləndirir. Təbii antibiotikdir. Yüksək təzyiqi azaldır. Damar tutulmasına qarşı müdafiə edir.

15) Pomidor

Tərkibində likopen, fol turşusu və tirozin var. Litium xərçəngə qarşı müdafiə edir. Qaraciyər xəstəliklərinə xeyirlidir.

 

Həkim qədər təsirli 27 meyvə və tərəvəz (2)

 

16) Qarğıdalı

Tərkibində sink, maqnezium və B vitamin var. Stress simptomlarına qarşı mübarizə aparır. Bağırsaq xərçənginin qarşısını alır. Yüksək xolesterolu aşağı salır. Qan şəkərini tənzimləyir.

17) Çiyələk

Tərkibində kalium, kalsium və C vitamin var. İmmun sistemini gücləndirir. Maddələr mübadiləsini sürətləndirir. Xolesterolun aşağı düşməsinə kömək olur.

18) Alça

Tərkibində kalium, dəmir və B vitamini var. Orqanizmdəki artıq suyun azaldılmasına kömək edir. Mədə və həzm problemlərinin qarşısı alır. İmmun sisteminin formalaşmasında və qorunmasında təsirlidir.

30 may 2015
GO BACK