Hər kəsin sizə nə yeməniz və nə yeməməniz lazım olduğunu söyləməsi heç xoş bir vəziyyət deyil. Xüsusilə də pəhriz saxlayarkən bu vəziyyətlə tez-tez qarşılaşırıq.
Əslində zərərli olmayan sağlam qidalar bunlardır.
Kartof qızartması, sağlam olmayan qida hesab edilir.
Əslində kartof olduqca güclü bir C və B6 vitamini və lif qaynağıdır. Zeytun yağı, sarımsaq kimi dadlandırıcıları kartofla birlikdə yediyiniz zaman sağlam bəslənmə sərhədlərini keçmirsiniz.
Hər kəs fıstıq əzməsinden qorxuyla bəhs edir.
2 yemək qaşığı fıstıq əzməsinin 200 kalori olmasına baxmayaraq bu ləzzətli yemək əslində çox da qorxuducu deyil. Bunun səbəbi də fıstıq əzməsində olan faydalı yağ və qida maddələridir. Fıstıq əzməsində olan yağların digər yeməklərdəki qida maddələrinin, vitamin və mineralların bədəniniz tərəfindən sorulmasına köməkçi olma xüsusiyyəti vardır.
Kərə yağı
Az miqdarda istehlak edilən kərə yağı sağlamlığınız üçün heç də zərərli deyil. Xəmir işlərində istifadə etdiyimiz marqarin kərə yağına görə beşqat daha çox ziyanlıdır və xolesterol səviyyəsini yüksəldir.
İnsanlar şəkəri çox az qida dəyəri olan lakin yüksək kalorili hesab edərlər. Şəkər istifadə etdiyinizdə bədəniniz bunu qlükozaya, yəni bədəninizin ehtiyacı olan əhəmiyyətli bir enerji qaynağına çevirir.
Pizza hər kəsin ən sevdiyi yeməklərdən biridir.
Əgər pizza yemək istəyirsinizsə, incə xəmir variantını seçin. Pendir miqdarını artırmadan tərəvəzli pizza edərsinizsə, çox da zərərli bir yemək seçmiş olmayacaqsınız.
Kino deyilincə ağla ilk gələn şey olan partlamış qarğıdalının bol yağlı və duzlu olduğu doğrudur. Lakin az yağda partladılan ya da mikrodalğalı sobalarda partladılan qarğıdalılar sağlam bir qəlyanaltıdır. Tək etməniz lazım olan duzu və yağı azaltmaqdır.
Tam taxıllı variantları seçim etdiyiniz müddətcə karbohidratlar düşündüyünüz qədər sağlıqsız deyildir.
Makaron və çörəklərdən tam taxıllıları seçin.
Qəhvəyi düyü sağlam bəslənmə nizamınızın bir hissəsi ola bilər. Aəhv tanınmalarına baxmayaraq lif və qida maddələri baxımından zəngindirlər. Karbohidratlar immunitet sistemini dəstəkləyir, şişkinliyin qarşısını alır və həzm sisteminizi nizamlayır.
Süd məhsulları
Yeni bir araşdırmada normal və az yağlı süd məhsullarının qan təzyiqini saldığı, qan şəkərini normalaşdırması və hətta ömrü uzatdığı ortaya çıxdı. Sadəcə olaraq bir gün ərzində 2,5 dilim pendir yemək haqqınız olduğunu unutmayın.
Normal salat sousları düşündüyünüz qədər zərərli deyil.
Üzüm çəyirdəyi yağı, günəbaxan yağı və zeytun yağı kimi sağlam tərəvəz yağları bədəninizin qida maddələrini sovurmasını təmin edər. Buna gğrə də tam yağlı salat sousları, yediyiniz salatın daha da faydalı olmasını təmin edər.
Duz və şəkər əlavəli, mayonezli souslar yerinə zeytun yağı kimi təbii sousları seçin.