Qadin.NET / "Çipsi" necə yarandı və tərkibi

"Çipsi" necə yarandı və tərkibi

 

"Çipsi" necə yarandı və tərkibi

 

İngilis dilindən tərcümədə “dilim” adlanan “çipsi”nin yaradılması tarixi 24 avqust 1853-cü ilə  təsadüf edir.  ABŞ-ın Saratoqo Sprinqs şəhərində  yerləşən bahalı Amerika restoranlarından birində baş aşpaz Corc Kram müştərisi üçün adəti üzrə kartof qızardıb. Lakin müştəri kartofu qalın qızartdığına görə aşpazı məzəmmət edib və sifarişi geri qaytarıb. Bundan əsəbiləşən Kram kartofu nazik doğrayaraq, xırçıldayana qədər yağda qızardıb. Bu, müştərinin çox xoşuna gəlib. Hətta bu yeməyi menyuya “Saratoq çipsi” adı ilə əlavə etmişdilər. Bundan sonra 30 il müddətində “çipsi”ni ancaq bahalı restoranlarda sifariş etmək olardı.  Nəhayət, 1890-cı ildə o, küçəyə çıxarıldı. Vilyam Teppenden adlı şəxs Klivlenddə qəlyanaltı furqonunda kartofu “çipsi” qızartdı. Çox keçmədi ki, onun populyarlığı bütün Amerikanı bürüdü. Onun satıldığı xüsusi paket yarandıqdan sonra isə bütün dünyada tanındı.

Bu gün aşpazlar “çipsi”ni iki üsulla hazırlayırlar. Birincisi ənənəvi üsuldur. Bu zaman kartof 15-20 mm qalınlığında doğranır, yuyulur, duz-istiot vurulub yağda qızardılır. Yalnız sonda dadverici əlavələr vurulur. Onlar müxtəlif ölçüdə, çox zaman oval və burulmuş formada xırçıldayana qədər qızarmış olur.. 

 

"Çipsi" necə yarandı və tərkibi

 

 

“Çipsi”nin digər hazırlanma qaydası “qəlib” üsuludur. Bu cür “çips”lər un və xəmir kündəsindən hazırlanır.Sonra bu “çips”ləri alan istehlakçılar müvafiq dadvericilər vurmaqla qızardırlar.Xüsusi xəmirdən hazırlandığı üçün belə çipsilərə müxtəlif fiqurlar vermək olurdu. Bu texnologiya ilə “çipsi” nəinki kartofdan, başqa ərzaqlardan da hazırlamaq olar. Maraqlıdır ki, Mərkəzi və Cənubi Ameriakada “çipsi”ni qarğıdalıdan, Cənub-Şərqi Asiyada isə düyüdən hazırlayırlar.

 

"Çipsi" necə yarandı və tərkibi

 

 

Həkimlər onun tərkibində nə vitamin, nə mineral, nə də keyfiyyətli qida maddələrinin olduğunu deyirlər. Hələ üstəlik, güclü emaldan sonra bütün müsbət keyfiyyətlərini itirən kartof zərərli xüsusiyyətlər əldə edir. Dietoloqlar 100 qr “çipsi”də 300 qr yağ olduğunu hesablayıblar. Bu da həzmetmə sistemindəki problemlərə, piylənmə və əqli fəaliyyətin tormozlanmasına gətirib çıxarır. Eyni zamanda, bütün “çips”lər həddindən artıq duzlu olur ki, bu da həkimlərin rəyinə görə, sümüklərin inkişafına mane olur, maddələr mübadiləsinin pozulmasına və ürəkdə problemlərə gətirib çıxarır. Ona qatılan dadvericilər isə uşaqlarda allergiyaya səbəb olur. Bu qatqılar yeni icad olunduğuna görə, onların təsiri tam araşdırılmayıb

Aynur Alimuradbəyli

7 mart 2015
GO BACK