Qadin.NET / Süd,bal və kələm

Süd,bal və kələm

Süd

Süd,bal və kələm

Südün tərkibində 200-dən çox faydalı maddə ,o cümlədən insan orqanizmi üçün zəruri olan zülal ,yağ,karbohidratlar ,mineral maddələr ,vitaminlər ,üzvi turşular ,fermentlər və hormonlar var. Yayda sağılan südün tərkibində A,D,E vitaminləri ,qışda sağılan süddə isə B qrupu vitaminləri daha çox olur.

   Orqanizm süd zülalının 75 -96%- ini mənimsəyir .İnsanların qidasında əsas inək südündən istifadə edilir.Yaşayış yerindən və milli ənənələrdən asılı olaraq qoyun ,keçi ,camış ,dəvə ,at ,maral südü də işlədilir.Müxtəlif heyvanların südünün kimyəvi tərkibi (%-lə) və enerji dəyəri cədvəldə göstərilib. 

 

 

Südün növu

Quru maddə

Yağ

Zülal (Kazein)

Süd şəkəri (laktoza)

Mineral maddə

Enerji dəyəri(100q-da kkal ilə)

İnək südü

13,0

3,9

2,7

4,7

0,7

69

Camış südü

17,9

7,7

3,8

4,8

0,8

110

Dəvə südü

13,6

4,5

2,6

4,9

0,7

76

At südü

10,7

1,8

1,2

6,4

0,4

52

Keçi südü

13,4

4,3

3,0

4,5

0,8

73

Qoyun südü

18,3

7,2

4,5

4,6

0,9

109

Maral südü

33,8

18,7

8,3

3,6

1,4

230

 

Bal

Süd,bal və kələm

Bal bir çox müalicəvi xüsusiyyətlərə malikdir. Lakin bunun üçün ancaq təmiz ,qarışıqsız bal götürülməlidir.

Xalq arasında balı su ilə qarışdırıb (1 stəkan suya ,1 çay qaşığı )qarın işlədici dərman kimi və soyuqdəyməyə qarşı səhər ac qarına içərlər.Balı 1 stəkan su ,ya da yerkökü şirəsi ilə içdikdə nəticəsi daha yaxşı olur.Balı göz xəstəliklərində islatma kimi ağrıyan gözə qoyur ,ya da 20% -li məhlulu xronik zökəmdə və hətta özenada buruna çəkildikdə yaxşı kömək edir.Gözün ətrafı yananda bal ilə islatma qoymaq olar.Boğaz ağrısında bal ilə boğazı qarqara etmək yaxşı təsir edir.Bundan başqa bal bir çox dərmanların tərkibinə də daxildir.

 

 Ağ baş kələm

 
 Ağ baş kələmdə B,C vitaminləri çoxluq təşkil edir.Onun tərkibində karbohidratların yağa çevrilməsinin qarşısını alan turşu vardır.Baş kələmin şirəsində mədə və onikibarmaq bağırsaq xorasının sağalmasina kömək edən maddə V vitamini olur.Kələm suyu mədə şirəsinin ifrazını artırır. O həmçinin öd qovma xassəsinə də malikdir. Onu qastrit və xora xəstəliyinin qarşısını almaq üçün 2-3 həftə gündə 3 dəfə 0,5 stəkan içmək lazımdır.Kələm suyunu + 2 dərəcədə yalnız 1 gün saxlamaq olar.İltihabi xəstəliklərdə , yanıqlarda ,əzilmədə həmin yerə kələm qoyulur.Başın ağrıyan yerlərinə kələm qoyduqda baş ağrısı keçir. Diş əti yumşaldıqda duzlu kələm suyu ilə dişləri yaxalamaq və ya duzlu kələm çeynəmək məsləhət görülür.Duza qoyulmuş kələm suyunu babasildə ,xüsusilə xəstədə qəbizlik olduqda və çoxlu qan gəldikdə ,böyrək xəstəliyində ,dispepsiyada içmək olar.

 

26 mart 2011
GO BACK