Qadin.NET / Yorğunluğun qarşısını alan məhsullar

Yorğunluğun qarşısını alan məhsullar

Yaxşı yemək–bu təkcə toxluğu təmin edən yemək deyil. Əgər yediyiniz qida sizə güc vermirsə, yorğunluğunuzu aradan qaldırmırsa, deməli, siz düzgün qidadan istifadə etmirsiniz. Lakin yorğunluq göz ardı edilə biləcək bir hiss deyil. Yorğunluq xroniki ola bilər və müxtəlif xəstəliklərin inkişafı riskini artırma ehtimalı vardır.

Çıxış yolu var: həzm və bədən üçün lazımlı enerji təmin edən qidalar var. Yorğunluğun qarşısını alan məhsullarla tanış olaq.

Yulaf

Maqnezium, zülal, fosfor və vitamin B1 (tiamin) ehtiva edir. Enerji səviyyəsinə təsir edən qidadır. Bu maddələr yulafı yorğunluqla mübarizədə ideal yemək edirlər. Yulafı öz səhər yeməyinizdə mütləq istifadə edin. Bu yeməyi daha qidalı etmək üçün bir ovuc qoz və ya günəbaxan əlavə edin.

Qatıq

Çox yüngül məhsuldur. Qatığın tərkibində olan maddələr yorğunluğun qarşısını alır. Qatığın tərkibində faydalı bakteriyalar vardır ki, onlar bağırsağın mikroflorasını sağlam saxlamağa kömək edir.

Yorğunluğun qarşısını alan məhsullar

İspanaq

Həzm və düzgün enerji istehsalı üçün orqanizmə maqnezium lazımdır. Bu da ispanaqda var. Yorğunluqla mübarizə üçün ispanaqda daha bir mühüm element var–kalium. Kalium çatışmazlığı əzələ zəifliyinə gətirib çıxarır. Salatlara, şorbalara və digər yeməklərə təzə ispanaq əlavə edə bilərsiniz.

Yorğunluğun qarşısını alan məhsullar

Qoz-fındıq və tum

Maqniya ilə zəngindirlər. Əhvalı yüksək edir və yorğunluğun qarşısını almağa kömək edirlər. Amma bundan başqa onlarda zülal da vardır.

Lobya

Tərkibindəki lif həzm sistemini yaxşılaşdırır və bədəndən toksinlərin çıxarılmasına kömək edir. Bu, insana gümrahlığı saxlamağa kömək edir. Lobyanı salatlara əlavə edə və qarnir kimi istifadə edə bilərsiniz.

Yorğunluğun qarşısını alan məhsullar

Təzə skrumbiya

Skrumbiyanın tərkibində Р’12  vitamini vardır. Əgər bu vitamin orqanizimdə azdırsa, onda meqaloblastik anemiya əmələ gəlir. Əgər B12 vitamininin səviyyəsi normadadırsa, bu toxumalarda oksigen kifayət olacaq və biz bol enerjili olacağıq. Skumbriya duzlu, hisə verilmiş olmamalıdır.

Yorğunluğun qarşısını alan məhsullar

Nar

Tərkibində kalium, kalsium, maqnezium, manqan, kobalt E, A, B, C vitaminləri var. Enerji mənbəyidir. Müxtəlif infeksiyalara qarşı bədənin müqavimətini artırır, iştahı azaldır. Gündəlik norması: 1 stəkan nar şirəsi və ya yarım nar yemək.

Yorğunluğun qarşısını alan məhsullar

Toyuq (sinə) əti

Dəmir mənbəyidir. Toyuq əti dəmir ilə zəngindir. Bu element hemoqlobinin sintezində iştirak edir və oksigeni orqanlara və toxumalara daşımağa kömək edir. Əgər orqanizmdə dəmir kifayət qədərdirsə, onda həmin orqanizm fəal olacaq. Dəmir çatışmazlığı vardırsa, o zaman həmin insan yorğunluqdan əziyyət çəkər.

Yorğunluğun qarşısını alan məhsullar
Qaragilə

Beyində qan dövranını yaxşılaşdırır. Təzə yemək məsləhətdir. 

19 sentyabr 2014
GO BACK