Beyin ilə əlaqədar kiçik bir məlumat bölüşmək istəyirəm. Beyin bədən ağırlığının 1-2%-ni meydana gətirməklə birlikdə istirahət etdiyimiz zaman ümumi oksigenin 20%-ni istifadə edən əhəmiyyətli bir orqanımızdır. Enerji üçün beynimizə qlükoza lazımdır. Qısaca belə deyək, beyin yeməyi və istehlakı sevir. Ancaq bunun üçün ağıllı şəkildə yemək lazımdır. Ağıllı yemək nə deməkdir? Keyfiyyətli yağlar, antioksidantlar, vitaminlər, minerallar, işlənməmiş karbohidrat ən təmiz istehlak deməkdir. Az və sabit miqdarda olmaq şərtiylə, beynin yaxşı işləməsinə nail olmaq, öyrənmə qabiliyyətini artırmaq və biliyi inkişaf etdirmək üçün bunlara riayət etmək lazımdır.
Banan
Banan qida dəyəri yüksək olan bir meyvədir. Beynin uyğun formada işləməsi üçün vitaminlər, amin turşuları, mineralların əhəmiyyətli bir rolu vardır. Buyurun, bəziləri ilə tanış olaq.
B6 vitamini və funksiyası: Beynin yaddaş funksiyası inkişafı üçün zəruridir, yaddaş və diqqəti artırmaq üçün lazımdır. B6 vitamini serotonin, melatonin, dopamin kimi neyron köməkçilərinin istehsalında əhəmiyyətli rol oynayır. Ruh halınızı tənzimləməyə kömək edər.
Maqnezium: Maqnezium cəhətdən bol olan banan beyin funksiyalarını inkişaf etdirmək üçün faydalıdır, beyin əsəb hüceyrələri arasındakı fəaliyyəti asanlaşdırmaqda əhəmiyyətli bir mineraldır.
Triptofan lazımlı amin turşularından biridir. Stressi tənzimləyir. İnsanə sakitləşdirir. Sakit beyindən isə ən parlaq fikirlər çıxar.
Əncir
Beyninizə enerji verir. Çox gözəl bir bitki mənşəli kimyəvi tərkibə sahibdir. Tərkibindəki A, C, və B vitaminləri yanaşı, kalsium da var ki, onlar birlikdə beyni qidalandırır. Əncirin tərkibi həm də fosfor, maqnezium və dəmir mineralları tərəfindən də olduqca zəngindir. Quru əncirdə Omega3 və Omega6 yağ turşuları və zülal var. Beyniniz üçün çox gözəl bir enerji qaynağıdır; gümrahlıq, yaddaş üçün də lazımlıdır.
Qoz
Qozun tərkibində Omega3 və Omega6-nın doymuş yağ turşuları yüksəkdir. Böyümə, təzələnmə və beyin funksionallığına kömək edir. Qoz eynilə digər bir çox çərəz kimi qidalandırır, xüsusilə də minerallar baxımından. Zülal, lif, kalsium, maqnezium, fosforu özündə cəmləyən qoz həm də böyümə, təzələnmə, yaraların yaxşılaşması və beyin funksiyalarını yaxşılaşdırmaq baxımdan ən üst pillədədir.
İspanaq
A, C, E, və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngindir. Beyin yorğunluğuna yaxşı təsir edir, zehni qüvvətləndirir, öyrənmə gücünü artırır. Tünd yaşıl yarpaqlı olduğu üçün yaşıl rəngli xlorofil beynə oksigenin çatmağını gücləndirir və artırır. İspanağı bişirdiyiniz zaman rəng dəyişdirir və o zaman bitki mənşəli kimyəvilər işini görməyə başlayır.
Paxla
Qida dəyəri yüksəkdir. Karbohidrat cəhətdən zəngin, yüksək lif qaynağıdır; B qrupu vitamin, mineral, və zülalı var. Paxlalar, beynimizə gedən qlikozanı mütəmadi olaraq təmin edir. Beləliklə də, beynimiz bütün gün enerji qəbul etmiş halda olur.
Alma
Hər gün bir alma yemək üçün bir səbəbiniz daha var. Almanın qida dəyəri yüksək, kalorisi aşağıdır. Almada olan quercetin (РЎ15H10O7) beyin hüceyrələrini və onları sərbəst radikallara qarşı qoruyur.