Hər gün yediyimiz qidalar bizim yaşamağımız üçün önəmlidir. Lakin buna baxmayaraq bir çox qidalar zəhərlidir. Sizlərə zəhərli qidalar barəsində ətraflı məlumat verim.
Yumurtanın ağı
Bir çoxları səhər yeməyində omlet kimi istifadə edir. Ancaq bu yazını oxuyandan sonra fikriniz dəyişəcək. Niyə? Ən əsas qayda odur ki, omlet çox yaxşı bişməlidir. Yumurtanın ağında olan ingibitor tripsinlər insanın orqanizmində proteinləri parçalayır. Nəticələri ölümcül ola bilər. Belə bir zəhərli maddə Lima lobyasında da var. Lima lobyasını və yumurta ağını istifadə edərkən ehtiyatlı olun.
Albalı çəyirdəyi, ərik, alma və badam
Bu məhsullar bizim orqanizim üçün zərərli deyil. Ancaq təhlükəsi var. Bu meyvələrin çəyirdəklərini xırdalasaq, hidrogen sianid üçün etibarlı mənbə sayılır.
Gənəgərçək
Yəqin ki bu ad sizə tanışdır. Gənəgərçək yağını bu bitkidən əldə edirlər. Gənəgərçək karamel və şokoladın tərkib hissəsidir. Bunda qorxulu nə var ki? Zəhərlidir. Təxmini 0.2 milliqram zəhər insanı bir neçə günə öldürür.
Buğda çörəyi
Buğda dənəsinin özü fövqəladə bəsləyicidir. Bədənin mənimsədiyi kalsium, dəmir və sink burada yığılar. Buğda çörəyinin həzmi bir az çətindir. Buğda bağırsaq xərçəngini önləyən amil kimi tanınır.
Kartof
Bəlkə siz də bilmirdiz ki, çoxlarımızın sevimlisi olan kartof bizi zəhərləyə bilər. Kartofun yarpaqlarında, köklərində az sayda solanin maddəsi var. Onun vasitəsilə bitki özünü qorumuş olur. Bir müddətdən sonra yaşıl rəng alır. Bir kartofun tərkibində 8 -13 mq solanin var. Əgər çoxlu sayda köhnə kartofdan istifadə etsəniz, qarabasma, ürək bulanma və nevroloji problemlər yarana bilər.
Göbələk
Təbii ki, yeyilməyən (zəhərli) göbələk ölümə səbəb olur. İndi söhbət ondan getmir. Əgər şampinyonu və şiitakeni qabaqcadan hazırlamasaq, onların tərkibində kanserogen maddə əmələ gələcək.
Püstə
Püstəni yeməkdə istifadə etmək olarmı? Az miqdarda püstə faydalıdır. Çox istifadə etsəniz, sizə xoş gəlməyə bilər. Püstə emalı yerində işləyənlərdə allergik reaksiyalar tez-tez müşahidə olunur.
Qırmızı lobya
Əgər 100 və daha artıq dərəcəli temperaturda lobyanı bişirsək, fitioqamlyutinitlər məhv olar. Tez doyma hissi lobyanın tərkibindəki çoxlu miqdarda olan zülal sayəsində əmələ gəlir. Qırmızı lobyanı suda təxminən 5 saat əvvəlcədən islatmaq məsləhət görülür.