Qadin.NET / İş görüşməsinə gedərkən nə yeməli?

İş görüşməsinə gedərkən nə yeməli?

İş görüşməsinə gedərkən nə yeməli?

 İlk görüşün yemək əsnasında olması tez-tez rast gəlinən bir vəziyyət deyil. Yemək stolu arxasında danışıqlar adətən ikinci, ya da üçüncü görüşdə olur. Ofisdə hər hansı bir mövzu üzərində müzakirəyə başladınızsa və daha sonra bu müzakirə yemək boyunca davam edibsə, hər iki yerdə də müsahibədə olduğunuzu unutmamalısınız. Söylədiyiniz hər şey sizi qiymətləndirmə mərhələsində nəzərə alınacaqdır. 

İş görüşməsinə gedərkən nə yeməli?

İş görüşməsinə gedərkən yeyilməsi və yeyilməməsi lazım olan yeməklər 

İş görüşməsinə getməzdən əvvəl yediyiniz qidalar müsahibə zamanı fikrinizi və zehninizi açmağa kömək edər. Bəziləri də tam tərsinə təsir edər.

Müsahibədən əvvəl bunları yeməyin:

Sarımsaq və soğan: Ağız qoxusu yaradar.

Gül kələmi, brokoli, kəvər və salat: Çox yemək köp yaradar. 

Şəkər və şirniyyat: Sanıldığının əksinə zehni açmaz, hətta diqqəti azaldır! Çünki qan şəkərini sürətlə yüksəldib salır.

Yağlı yeməklər: Həzm sistemi problemləri və köp yarada bilər.

İş görüşməsinə gedərkən nə yeməli?

Müsahibədən əvvəl bunları içməyin:

Çay, qəhvə: Həddindən artıq içməyin. Yüksək kofein sizi gərgin edə bilər.

Süd, ayran: Xüsusilə laktoza dözümsüzlüyü olanlarda köp yarada bilər.

Bunları yeyə bilərsiniz:

Yağsız ət, toyuq və balıq: Tox tutar. Görüşdə qarınınız quruldamaz. 

Tam taxıllı çörək: Uzun müddət enerji verir.

Zeytunyağlı tərəvəz yeməkləri: Tox qalmağınıza kömək edər. Salat kimi qaz yaratma riski daha azdır.

Banan: Özünüzü daha yaxşı və enerjili hiss etməyinizi təmin edər.

İş görüşməsinə gedərkən nə yeməli?

Bunları içə bilərsiniz:

İlıq su: Məcburi ehtiyaclar baxımından ilıq su daha yaxşıdır. O, soyuq suya nisbətən mədədə daha uzun müddət qalır.

Çobanyastığı çayı: Çox gərginsinizsə, stressi azaltmaqda kömək edər.

25 aprel 2014
GO BACK