Həddindən artıq duz istifadə etmək hansı sağlamlıq problemlərinə gətirib çıxara bilər? Səbəb çox duz istifadəsidirmi? Duz istifadəsinin ideal miqdarı nə qədər olmalıdır? Duzu azaltmaq üçün nə etməliyik? Mütəxəssislərin verdiyi cavablarla tanış olun...
Həddindən artıq duz istifadəsi hansı sağlamlıq problemlərinə gətirib çıxarar?
Bundan başqa duz qəbulunun azaldılması sidikdən kalsium atılmasını da aşağı salaraq böyrəkdəki kalsium daşlarını azaldacaq. Eyni zamanda, bədən kalsium itkisini azaldılması osteoporoz deyə bilinən sümük əriməsini də azaldacaq. Bir çox təzyiq dərmanının da təsiri duz qəbulu ilə azalır, məhdudlaşdırılması ilə artır. Bu səbəblə onsuz da təzyiq dərmanı qəbul edirəm deyərək duzu məhdudlaşdırmamaq doğru deyil.
Uşaqlarda duz istifadəsi nə qədər olmalıdır?
Dr. Enver Göncüoğluna görə uşaqların qəbul edə biləcəyi gündəlik maksimum duz miqdarları belə olmalıdır:
0-12 ay arası: 1 qramdan az
1-3 yaş arası: 2 qr
4-6 yaş arası: 3 qr
7-10 yaş arası: 5 qr
11 yaşından sonra: 6 qr.
Ana südü ilə qidalanan körpələr lazım olan duzu ana südündən alırlar. Hazır qidalarda da duz nisbəti ana südünə yaxındır. Uşaqların yeməklərinə əsla duz əlavə etməməlisiniz.
Yeniyetmələrin istifadə etdiyi qidaların tərkibində olan duz miqdarı yüksək ola bilər, bu səbəblə də körpələr üçün xüsusi hazırlanmamış yeməkləri körpənizə verməməlisiniz.
Uşağınızın duzdan çox istifadə etməsinin qarşısını almaq üçün kreker və biskvit kimi duzlu qidaların qəbulunu azaldıb, meyvə, quru meyvə, tərəvəz kimi duz tərkibi aşağı və sağlam olan qəlyanaltılar seçməlisiniz.
Duzun istifadəsini azaltmaq üçün məsləhətlər
Enver Göncüoğlu və mütəxəssis dietoloq Simge Çitanın duzdan istifadəni azaltmaq üçün məsləhətləri belədir:
- Daim təzə və duz əlavə edilməmiş qidaları seçin;
- Yeməklərin dadına baxmadan duz əlavə etmək vərdişini tərgidin;
- Yeməklərə əlavə olunan duzun miqdarını azaldın;
- Süfrədə yeməklərinizə əlavə etdiyiniz duzun miqdarını azaldın, zamanla süfrədən duzu yığışdırın;
- Yeməklərinizi pilləli olaraq daha az duzlu olaraq hazırlayın. Duzun əskikliyinə 2-3 həftədə alışarsınız;
- Duz əvəzinə ədviyyat və cəfəri, nanə, kəklikotu, şüyüd, razyana, reyhan kimi ətirli əlavələrdən istifadə edin.
- Satın aldığınız hazır məhsulların etiketlərini mütləq oxuyun. Duzsuz, ya da az duzlu qidaları seçin;
- Turşu, ketçup, xardal, zeytun, soya sousu, salat sousları, kolbasa, konservlər, duzlu çərəzlər kimi yeməklərin duz tərkibi yüksəkdir. Bu qidalardan uzaq durun ya da çox nadir hallarda istifadə edin;
- Təzə tərəvəz və meyvədən istifadəni artırın;
- Hisə verilmiş qidaları tez-tez qəbul etməyin;