Qadin.NET / Antioksidant mənbəyi olan meyvə-tərəvəzlər

Antioksidant mənbəyi olan meyvə-tərəvəzlər

Antioksidant mənbəyi olan meyvə-tərəvəzlər

Dərs ilinin başlaması ilə meyvə-tərəvəz yeməyin əhəmiyyəti bir az da artır. Uşaqlar üçün meyvə-tərəvəz yemək daha əhəmiyyətlidir. Onları xəstəlikdən qoruyan ünsürlər məhz meyvə-tərəvəzlərdir. Yalnız məktəb uşaqları deyil, hər kəs meyvə-tərəvəz yeməlidir, çünki onlar çox faydalıdır. 

Sentyabr ayından etibarən  yağışların yağdığını nəzərə alsaq, antioksidantın qəbulu daha əhəmiyyətlidir. Uşaqların xüsusilə A, C, E vitaminləri ilə zəngin meyvələr yeməsi vacibdir.

Məktəblilərin gündəlik meyvə norması 5-8 ədəd arasında dəyişməlidir. Unutmayın ki, 60-70 kilokaloriyə sahib olan meyvələri də həddindən artıq qəbul etmək olmaz. Bu, piylənməyə səbəb ola bilər. Amerikada aparılmış bir təcrübəyə əsasən, uşaqların 80%-i qeyri-kafi və balanssız şəkildə meyvə yeyir. Uşaqların meyvə-tərəvəzə verdiyi üstünlüyün artması çipsi və qazlı suların qəbulunu azaldacaq. Məktəb uşaqlarında ara yeməyi çox əhəmiyyətlidir. Xüsusilə nahardan əvvəl meyvə yeməlidirlər. 

İmmunitet sistemi çoxlu meyvə-tərəvəz yeməklə güclənir. Antioksidant anbarı olan meyvə-tərəvəz immun sisteminin dostudur.

Antioksidant mənbəyi olan meyvə-tərəvəzlər

Tərəvəz yemək vərdişi olmayan uşaqlar üçün fərqli menyu hazırlanmalıdır. Məsələn, günorta yeməyi üçün qırmızı bibər, badımcan, balqabaq közləyərək və ya qızardaraq, içinə holland pendiri əlavə edərək uşaqlarınıza verə bilərsiniz. Bu yeməyi şam yeməyində də təkrarlaya bilərsiniz. Tərəvəz yeməyən uşaqlarda dolma əvəz edilməz yeməkdir. Eyni şəkildə pomidor bir çox uşaqlar tərəfindən sevildiyi üçün tərəvəz yeməklərinə mütləq pomidor qatılmalıdır. Tərəvəz yeməklərinin qatıqla yeyilməsi calsium sarıdan zənginləşdirir. İspanaq eyni şəkildə dəmir baxımından daha zəngindir. Yalnız ispanaq yox, bütün tünd yaşıl yarpaqlı tərəvəzlər dəmir baxımından çox zəngindir.

Meyvələr də C vitamini baxımından çox zəngindir. Məsələn, avakado kalium, lif, C, E vitamini, doymamış yağ turşuları, fol turşusu və maqnezium baxımdan zəngindir. Üstəlik avakado bu günlərdə daha rahatlıqla tapılır.

Antioksidant mənbəyi olan meyvə-tərəvəzlər

Avakadonu axşam işdən evə qayıdanda qızarmış çörək ilə yesəniz çox ləzzətli olar. Avakado salatı günorta və axşam yeməklərində, hətta ara pay pomidor, xiyar və soğan ilə də qəbul edilə bilər. Bundan başqa avakado qoz və bal ilə olduqca gözəl dad yaradır. İştahsız uşaqlara təklif oluna bilər. Bu qarışıq sağlamlıq baxımından da çox faydalıdır və bir çox vitamin və minerallarla zəngindir.

Meyvə alternativi olaraq banan, qoz və bal qarışdırılıb uşağa yedizdirilə bilər. Məktəblilər üçün yaxşı bir enerji qaynağıdır. Lif nisbəti də çox yaxşıdır. Həm də bu qarışıq süd ilə də qəbul edilə bilər.

Bəzi meyvələr qəbizliyə faydalı olduğu halda bəziləri də ishala kömək edir. Məsələn banan, şaftalı, alma qəbizlik yaradır. Bu səbəbdən qəbiz olan uşaqlara banan, şaftalı, alma yedizdirməyin. Orta hesabla bir meyvədə 60-70 kalori var, gündəlik 5-8 arası meyvə yeyilir ki, bu da gündəlik 400-500 kalorinin meyvələrdən gəlmə mənasını verir.

Unutmayın: meyvələrin yağ nisbəti aşağı, vitamin dəyəri çox yüksəkdir. Bu da xərçəngdən və xəstəlikdən insanı qoruyar, meyvə və tərəvəzin bol qəbulu, bol-bol vitamin və  antioksidantların zəngin qəbulu deməkdir. Aparılan araşdırmalara görə, bol meyvə və tərəvəz  həm də doyma xüsusiyyətinə malikdir. İnsanı saatlarla tox saxlayır. Bu da piylənmənin qarşısını alır. Sarı, narıncı, qırmızı meyvə və tərəvəzləri evinizdən əskik etməyin. Çiy tərəvəzlərdə kalori nisbəti çox aşağı olduğu üçün arıqlamaq istəyən xəstələrə məsləhət görülə bilər. Tərəvəzlərin bir boşqabı 25-40, meyvələrdə isə 45-70 kilokaloridir.

 

Antioksidant mənbəyi olan meyvə-tərəvəzlər

 

 

C vitamini xəstəliklərin qarşısını almaq baxımından olduqca vacibdir. Sitrus bitkiləri və şaftalı C vitamini ilə olduqca zəngindir. C vitamini immunitet hüceyrələrinin istehsalına kömək edir. Ancaq C vitamini bədəndə yığılmadığı üçün mütləq hər gün qəbul edilməlidir. Kök isə A vitamini baxımından çox zəngindir. Xəstəliyin meydana gəlməsindən əvvəl qəbul edilməlidir. Beta-karoten yaşlanmağı gecikdirir. Açıq yaşıl yarpaqlı  tərəvəzlər, gül kələm və kələm qış boyunca yeyilməlidir. A vitamini və fol turşusu ürək-damar narahatlığı olanlara, hamilələrə və şəkər xəstələrinə məsləhətdir. Tünd yaşıl yarpaqlı tərəvəzlər fol turşusu ilə zəngindir. Qəbizliyə çox xeyri var. Fol turşusu yalnız immunitet sistemində deyil, genetik kodlamada da işə yarayır, buna görə hamiləlikdə mütləq qəbul edilməlidir. Hamiləliyin ilk aylarında mütləq qəbul edilməlidir.

Turp, kərəviz kimi tərəvəzləri qış aylarında ləzzəti ləzzətə qata bilərsiniz. Bir çox vitamin və minerallarla boldur. Bundan başqa da tərkibində olan antioksidantlar xəstələrə faydalıdır. İnanca  görə "turp kimi sağlam olmaq" deyimi çox doğrudur.

Ancaq kartof çiy yeyilmədiyindən bişirilərkən C vitaminini itirir, buna görə kartofdan fayda ummaq səhv olar. Həm də kartofda bol miqdarda kalium olduğu üçün böyrək narahatlığı olanlara və ürək narahatlığı olanlara təklif edilə bilməz.

Sarımsaq da çox faydalıdır. Xüsusilə çiy qəbul edildiyi zaman orqanizmdə C vitaminini çox yüksəldir. Həftədə 2-3 diş sarımsaq qəbul etmək faydalıdır. 

Antioksidant mənbəyi olan meyvə-tərəvəzlər

Gündəlik meyvə-tərəvəz payı

Alma: 1 ədəd (kiçik)

Naringi: 1 ədəd (böyük)

Portağal: 1 ədəd (kiçik)

Limon: 1 ədəd (orta)

Qreypfrut: yarım ədəd

Banan: 1 ədəd (kiçik)

Armud: 1 ədəd (orta)

Heyva: 1/4 hissə 

Şaftalı: 1 ədəd (orta)

Qaysı: 3 ədəd

Albalı: 14 ədəd

Ərik:5  ədəd

Üzüm: 12 ədəd

Nar: 1/2 hissə

Əncir: 1 ədəd

Qovun: 1/4-in yarısı

Ananas: 1 nazik dilim

Xurma: 5 ədəd

Kivi: 1 ədəd (orta)

Quru əncir: 1 ədəd

Quru qaysı: 4 ədəd

Quru ərik: 5 ədəd

Kişmiş: 1 yemək qaşığı

8 noyabr 2013
GO BACK