Dərs ilinin başlaması ilə meyvə-tərəvəz yeməyin əhəmiyyəti bir az da artır. Uşaqlar üçün meyvə-tərəvəz yemək daha əhəmiyyətlidir. Onları xəstəlikdən qoruyan ünsürlər məhz meyvə-tərəvəzlərdir. Yalnız məktəb uşaqları deyil, hər kəs meyvə-tərəvəz yeməlidir, çünki onlar çox faydalıdır.
Sentyabr ayından etibarən yağışların yağdığını nəzərə alsaq, antioksidantın qəbulu daha əhəmiyyətlidir. Uşaqların xüsusilə A, C, E vitaminləri ilə zəngin meyvələr yeməsi vacibdir.
Məktəblilərin gündəlik meyvə norması 5-8 ədəd arasında dəyişməlidir. Unutmayın ki, 60-70 kilokaloriyə sahib olan meyvələri də həddindən artıq qəbul etmək olmaz. Bu, piylənməyə səbəb ola bilər. Amerikada aparılmış bir təcrübəyə əsasən, uşaqların 80%-i qeyri-kafi və balanssız şəkildə meyvə yeyir. Uşaqların meyvə-tərəvəzə verdiyi üstünlüyün artması çipsi və qazlı suların qəbulunu azaldacaq. Məktəb uşaqlarında ara yeməyi çox əhəmiyyətlidir. Xüsusilə nahardan əvvəl meyvə yeməlidirlər.
İmmunitet sistemi çoxlu meyvə-tərəvəz yeməklə güclənir. Antioksidant anbarı olan meyvə-tərəvəz immun sisteminin dostudur.
Tərəvəz yemək vərdişi olmayan uşaqlar üçün fərqli menyu hazırlanmalıdır. Məsələn, günorta yeməyi üçün qırmızı bibər, badımcan, balqabaq közləyərək və ya qızardaraq, içinə holland pendiri əlavə edərək uşaqlarınıza verə bilərsiniz. Bu yeməyi şam yeməyində də təkrarlaya bilərsiniz. Tərəvəz yeməyən uşaqlarda dolma əvəz edilməz yeməkdir. Eyni şəkildə pomidor bir çox uşaqlar tərəfindən sevildiyi üçün tərəvəz yeməklərinə mütləq pomidor qatılmalıdır. Tərəvəz yeməklərinin qatıqla yeyilməsi calsium sarıdan zənginləşdirir. İspanaq eyni şəkildə dəmir baxımından daha zəngindir. Yalnız ispanaq yox, bütün tünd yaşıl yarpaqlı tərəvəzlər dəmir baxımından çox zəngindir.
Meyvələr də C vitamini baxımından çox zəngindir. Məsələn, avakado kalium, lif, C, E vitamini, doymamış yağ turşuları, fol turşusu və maqnezium baxımdan zəngindir. Üstəlik avakado bu günlərdə daha rahatlıqla tapılır.
Avakadonu axşam işdən evə qayıdanda qızarmış çörək ilə yesəniz çox ləzzətli olar. Avakado salatı günorta və axşam yeməklərində, hətta ara pay pomidor, xiyar və soğan ilə də qəbul edilə bilər. Bundan başqa avakado qoz və bal ilə olduqca gözəl dad yaradır. İştahsız uşaqlara təklif oluna bilər. Bu qarışıq sağlamlıq baxımından da çox faydalıdır və bir çox vitamin və minerallarla zəngindir.
Meyvə alternativi olaraq banan, qoz və bal qarışdırılıb uşağa yedizdirilə bilər. Məktəblilər üçün yaxşı bir enerji qaynağıdır. Lif nisbəti də çox yaxşıdır. Həm də bu qarışıq süd ilə də qəbul edilə bilər.
Bəzi meyvələr qəbizliyə faydalı olduğu halda bəziləri də ishala kömək edir. Məsələn banan, şaftalı, alma qəbizlik yaradır. Bu səbəbdən qəbiz olan uşaqlara banan, şaftalı, alma yedizdirməyin. Orta hesabla bir meyvədə 60-70 kalori var, gündəlik 5-8 arası meyvə yeyilir ki, bu da gündəlik 400-500 kalorinin meyvələrdən gəlmə mənasını verir.
Unutmayın: meyvələrin yağ nisbəti aşağı, vitamin dəyəri çox yüksəkdir. Bu da xərçəngdən və xəstəlikdən insanı qoruyar, meyvə və tərəvəzin bol qəbulu, bol-bol vitamin və antioksidantların zəngin qəbulu deməkdir. Aparılan araşdırmalara görə, bol meyvə və tərəvəz həm də doyma xüsusiyyətinə malikdir. İnsanı saatlarla tox saxlayır. Bu da piylənmənin qarşısını alır. Sarı, narıncı, qırmızı meyvə və tərəvəzləri evinizdən əskik etməyin. Çiy tərəvəzlərdə kalori nisbəti çox aşağı olduğu üçün arıqlamaq istəyən xəstələrə məsləhət görülə bilər. Tərəvəzlərin bir boşqabı 25-40, meyvələrdə isə 45-70 kilokaloridir.
C vitamini xəstəliklərin qarşısını almaq baxımından olduqca vacibdir. Sitrus bitkiləri və şaftalı C vitamini ilə olduqca zəngindir. C vitamini immunitet hüceyrələrinin istehsalına kömək edir. Ancaq C vitamini bədəndə yığılmadığı üçün mütləq hər gün qəbul edilməlidir. Kök isə A vitamini baxımından çox zəngindir. Xəstəliyin meydana gəlməsindən əvvəl qəbul edilməlidir. Beta-karoten yaşlanmağı gecikdirir. Açıq yaşıl yarpaqlı tərəvəzlər, gül kələm və kələm qış boyunca yeyilməlidir. A vitamini və fol turşusu ürək-damar narahatlığı olanlara, hamilələrə və şəkər xəstələrinə məsləhətdir. Tünd yaşıl yarpaqlı tərəvəzlər fol turşusu ilə zəngindir. Qəbizliyə çox xeyri var. Fol turşusu yalnız immunitet sistemində deyil, genetik kodlamada da işə yarayır, buna görə hamiləlikdə mütləq qəbul edilməlidir. Hamiləliyin ilk aylarında mütləq qəbul edilməlidir.
Turp, kərəviz kimi tərəvəzləri qış aylarında ləzzəti ləzzətə qata bilərsiniz. Bir çox vitamin və minerallarla boldur. Bundan başqa da tərkibində olan antioksidantlar xəstələrə faydalıdır. İnanca görə "turp kimi sağlam olmaq" deyimi çox doğrudur.
Ancaq kartof çiy yeyilmədiyindən bişirilərkən C vitaminini itirir, buna görə kartofdan fayda ummaq səhv olar. Həm də kartofda bol miqdarda kalium olduğu üçün böyrək narahatlığı olanlara və ürək narahatlığı olanlara təklif edilə bilməz.
Sarımsaq da çox faydalıdır. Xüsusilə çiy qəbul edildiyi zaman orqanizmdə C vitaminini çox yüksəldir. Həftədə 2-3 diş sarımsaq qəbul etmək faydalıdır.
Gündəlik meyvə-tərəvəz payı
Alma: 1 ədəd (kiçik)
Naringi: 1 ədəd (böyük)
Portağal: 1 ədəd (kiçik)
Limon: 1 ədəd (orta)
Qreypfrut: yarım ədəd
Banan: 1 ədəd (kiçik)
Armud: 1 ədəd (orta)
Heyva: 1/4 hissə
Şaftalı: 1 ədəd (orta)
Qaysı: 3 ədəd
Albalı: 14 ədəd
Ərik:5 ədəd
Üzüm: 12 ədəd
Nar: 1/2 hissə
Əncir: 1 ədəd
Qovun: 1/4-in yarısı
Ananas: 1 nazik dilim
Xurma: 5 ədəd
Kivi: 1 ədəd (orta)
Quru əncir: 1 ədəd
Quru qaysı: 4 ədəd
Quru ərik: 5 ədəd
Kişmiş: 1 yemək qaşığı
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR