Qadin.NET / Meyvələrin təqsiri yoxdur

Meyvələrin təqsiri yoxdur

 

Meyvələrin təqsiri yoxdur

 

Meyvələr insan orqanizmi üçün dəyərli qidalardan biridir.Tərkibində dəyərli maddələr, mikroelementlər, vitaminlər vardır. 
Meyvələri başqa qida maddələri ilə yedikdə bir sıra fəsadlar baş verir. Bəzi alimlər isə nədənsə təqsiri meyvənin boynuna yıxırlar. Lakin qida maddələrilə yarım əsir məşqul olan ŞELTON bu yersiz ittihamı meyvələrin üzərindən götürdü və onları təmizə çıxardı. Alim sübut etdi ki, meyvə təkcə göz oxşayan, ətirli, dadlı qida növü deyil. O, çox dəyərli qida maddələrinin, mikroelementlərin və vitaminlərin faydalı qarışıgını özündə cəmləyən qidadır. Fəsad məsələsinə gəlincə, burada meyvənin heç bir təqsiri yoxdur, təqsir menyuda meyvənin yerini səhf salan insanlardadır.

 

Meyvələrin təqsiri yoxdur 

 

Meyvə haqqında ilk öncə onu bilmək lazımdır ki, başqa qidalardan fərqli olaraq meyvə ağızda və mədədə ya tamam həzm olunmur ya da çox cuzi şəkildə həzm olur və bir neçə dəqiqədən sonra birbaşa yoğun bağırsağa düşür. Burada da çox qalmır, qısa vaxt ərzində həzm olur. Bu da qana sorulmaq üçün kifayyət edir.

Belə bir qida ətlə ( yada salaq ki ət orqanizmdən 3-6 saat ərzində həzm olunur) və yaxud gec həzmə gedən digər qida növlərilə eyni vaxtda, ya da az sonra yeyiləndə nə baş verir? Tutalımki almanı yalnış təsəvvürlə həzm olmanı asanlaşdırsın deyə qoyun kababının üstündən yediniz. Ət mədədə 3-5-6 saata həzm olacaq. Mədədəki ət özü həzm olunana qədər almanı tutub yanında saxlayır. Alma bakteriyaların təsiri altında çürüyür və korlanır, üstəlik əti də çürüdür. Yoğun bağırsağa korlanmış qida daxil olur və xəstəlik mənbəyi yaranır. Bütün sirr bundadır.

 

Meyvələrin təqsiri yoxdur 

 

İdeal variant - meyvəni ya səhər ya da axşam əsas qida növü kimi qəbul etməkdir. Bunu edə bilməyənlər meyvəni əsas qida növü saydığı xörəkdən 50-30 dəqiqə əvvəl yeməlidir. Daha bir vacib şərt - turş meyvələri şirin meyvələrlə qarışdırmayın.

Meyvə haqqında söhbətdən çıxardığımız başlıca nəticə budur ki, bütün meyvələr şəfaverici xassəyə malikdir. Sadəcə meyvəni yeyərkən yuxarıda deyilən iki vacib qaydanı yerinə yetirmək lazımdır.

Heç şüphə etmirik ki, " ALLAH min dərd verib, min bir dərman " deyən ulu babalarımız meyvələri də bu dərmanlar arasında görüblər.

9 avqust 2013
GO BACK