Qadin.NET / Faydalı qidalar

Faydalı qidalar

 

 İnsan orqanizminə zərər verən qidalar oldugu kimi faydalı qidalar da çoxdur. İndi isə faydalı və zərərli qidalar nəzər salaq.

Ən qiymətli qidalar siyahısına başda qatıq və qatıq məhsulları olmaqla aşagıdakılar daxildir: yumurta, yarmalar, qarabaşaq, qoz-fındıq, qaraciyər, püstə, badam, toyuq, dəniz balığı, göy noxud, lobya, mərci, tərəvəzlərin kökü, gövdəsi və yarpaqları, kələm, kahı, kərəviz, kartof, boranı, soğan, sarmısaq,  göy-göyərti, çiyələk, qara-qarağat, moruq, böyürtkən, yemiş, limon, portağal, qreypfrut, alma, armud, ərik, üzüm, tut, albalı, gavalı, əncir, banan, xurma, zeytun, bitki yağları, qarpız, şaftalı, müxtəlif otlardan dəmlənən çaylar və s. 

Yalnız çovdar, qarğıdalı və yulaf unlarından bişirilən çörəklər orqanizm üçün faydalıdır. Ağ undan bişirilən çörək sağlamlığın düşmənidir. Yadda saxlayın ki, təzə çörəyi həzm etmək çox çətindir. 

Faydalı qidalar

Heyvan əti əvəzinə balıq, qaraciyər, ürək, böyrək və toyuq ətini yemək məsləhətdir.

Bir çoxlarının bəyənmədiyi kefiri içən adam sağlamlığını çox gözəl qoruyur.Ona görə ki, kefirdə mövcud olan asidofilin bakteriyası bağırsaq çöplərini məhv edir və onları bağırsaqdan kənarlaşdırır.B qrupu vitaminlərilə zəngin olan qatıq məhsulları orqanizmi çox gərəkli kalium duzu ilə təmin edir. 

Faydalı qidalar

Yağları yalnız çiy və təzə şəkildə qəbul etmək yaxşıdır.Sutkada 20 qram kərə yağı yemək kifayətdir. Günəşli günlərdə yağ yemək zərər verir. Çünki orqanizm üçün çox gərəkli olan A və D vitaminləri qanda günəş şüasının təsiri altında öz-özünə hasil olunur.Bunların artıq olması isə bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Yumurta sarısı bütün yaş dərəcələri üçün faydalıdır. Hamilə qadın, uşaq, 25 yaşına çatmayan gənclər, eləcə də qocalar hər gün ən azı bir yumurta sarısı yeməlidilər.25-55 yaşında olanlar isə həftədə 1-2 dəfə yesə yaxşıdır. Bir daha xatırladırıq : yumurta sarısı  A, B2, B6, B12, və B qrupundan olan digər vitaminlərlə zəngindir.

Faydalı qidalar

Kartof yalnız düzgün hazırlandıqda əvəzsiz qidaya çevrilir.Çox insan kartofun qabığını soyur. Halbuki kartof qabığının lap altındakı nazik təbəqədə orqanizm üçün çox zəruri olan mikroelementlər yığılmışdır. Bu da yaxşı həzm olunmaya kömək edir. Kartofu odda bişirib yemək cox faydalıdır. Buxarda bişmiş kartofu qabıqlı yemək lazımdır. 

Faydalı qidalar

Kəsmik bütövlükdə əti tam əvəz edə bilir. Onun tərkibində zülal, yağlar, karbohidratlar, vitaminlər, mineral duzlar vardır. Lakin kəsmik bişmiş xörək oldugu üçün onu diri qidalarla birlikdə yemək lazımdır. Bundan əlavə kəsmiyin tərkibində heyvan yağı olduğundan , o qara ciyərin fəaliyyətini müəyyən qədər çətinləşdirir. Bunun qarşısını almaq üçün kəsmiyə bir qədər bitki yağı əlavə etmək lazımdır. 2 xörək qaşığı kəsmiyə   1 çay qaşığı bitki yağı və 2 xörək qaşığı kefir, yaxud o qədər süd qatın.

19 avqust 2013
GO BACK