Qan təmizləyən salat
50 qram süfrə çuğunduru və 50 qram kökü sürtgəcin narın gözündən keçirin. Üzərinə 50 qram xırda doğranmış kələm, 0.5 xörək qaşığı günəbaxan yağı, 1.5 xörək qaşığı bal əlavə etmək lazımdır. Süfrə çuğunduru əvəzinə illik turpdan da istifadə etmək olar.
Damarları təmizləyən qida
Damarları təmizləmək üçün 1 limonu qabıqlı sürtgəcdən keçirmək, 1 baş sarımsağı əzib ona qarışdırmaq lazımdır. Üstünə 60 ml. qaynanmış soyuq su tökülür, 2-4 gün otaq temperaturunda saxlanılır. Daha sonra süzülür və hər gün 50 ml. hesabı ilə acqarına içilir. Payız, qış və yaz aylarında içmək lazımdır.
Orqanizmi möhkəmləndirən qida
300 qram qoz ləpəsi, 300 qram ərik qurusu və 300 qram kişmiş 2 limonla (qabıqlı) birlikdə ət maşınından keçirilir. 300 qram balla qarışdırılır. Hər gün 1-2 çay qaşığı yemək lazımdır. Hazır məmulat soyuducuda saxlanmalıdır.
Hamilələr üçün düzgün qida
Yulaf, qarğıdalı, çovdar unundan bişirilən çörək yeyilməlidir. Süd yalnız qatıq və qatıq məhsulları şəklində yeyilməlidir. Hər gün 75 qram kəsmik yeyilməlidir. Balıq, toyuq əti, ürək, böyrək, qaraciyər yemək lazımdır. Həftədə 1-2 dəfə toyuq ətindən istifadə edilməlidir. Şəkəri balla, yaxud kişmiş, xurma, əncir qurusu, tut qurusu və başqa meyvə quruları ilə əvəz etmək lazımdır. Hər gün hökmən 3-4 növdən ibarət çiy tərəvəz salatı (günorta və axşam), 1 yumurta sarısı (çiy halda), 5-6 qoz (fındıq, püstə, badam) yemək vacibdir. Sitrus meyvələri əvəzinə bütün elementlərlə zəngin olan üzüm, alma və s. yemək olar. Gün ərzində 1 stəkan alma, yaxud üzüm şirəsi (təzə hazırlanmış) şəkərsiz içmək lazımdır.