Mütəxəssislər həddindən artıq meyvə qəbulunun qaraciyərin sağlamlığına mənfi təsir etdiyini deyirlər.Meyvədən istifadə edərkən bunlara diqqət edin!
Memorial Ataşehir Xəstəxanası Endokrinoloji hissəsindən Dos.Dr.Gökhan Özışık, həddindən artıq meyvə qəbulunun, qaraciyərin sağlamlığına mənfi təsir göstərməsi haqqında məlumat verdi.
Meyvələrin tərkibindəki şəkər, qaraciyəri "yağ yığma" vəziyyətinə keçirərək bu həyati orqanın yağlanmasına səbəb olur.
Bir yetkinin sağlam bəslənməsi üçün gündə 4-5 boşqab meyvə-tərəvəz yeməsi lazımdır.Bəs bu zaman nələrə diqqət etməliyik?
Aşağıdakı cavablara diqqət edək:
1. Meyvə (təzə və ya quru fərq etməz) yeyərkən əndazəni aşmayın.
2. Səhər yemeyindən əvvəl və ya nahardan ən az iki saat sonra meyvə yeyin, axşam yeməyindən sonra meyvədən uzaq durun.
3. Nisbətən az şirin olan, tünd rəngli və dadı turşməzə meyvələri seçin.
4. Meyvə kompotu edərkən çox az şəkər əlavə edin, cem hazırlayarkən də diqqətli olun.
5. Meyvə salatına şirin krem əlavə etməyin.
6. Şokolad sosuna batırılmış meyvələrdən uzaq durun.
7. Meyvəni qatıqla qarışdıraraq qəbul etsəniz daha az meyvə yemiş olarsınız.
7. Hazır meyvə suları və limonadları qəbul etməyin. Yaxşı olar ki,əgər istifadə etsəniz birbaşa yeni meyvədən sıxılan, şəkər əlavəsi olmayan və şüşə qabda olanından faydalanasınız.
8. Meyvəli dondurmanın daha sağlam bir seçki olduğunu düşünməyin.
Xanımlar, ümid edirəm ki, bu xəbərimdən yararlanacaqsınız.Sonda hamınıza sağlamlıq arzu edirəm!