Qadin.NET / Mikroelementlər-1

Mikroelementlər-1

Mikroelementlər-1

Dəmir – Fe 

 Orqanizmdən olan bütün dəmir ehtiyatının yarısı hemoqlabin şəklindədir. Hemoqlabin qana qırmız rəng verən maddədir. O, həm də oksigeni ağciyərlərdən bütün bədənə daşıyır. Hemoqlabin çatışmazlığı yorğunluğa və əzələ zəifliyinə  gətirib çıxarır. 

Dəmir qaraciyər və böyrəklərdə toplanır. Qidalanmada dəmir azlığı olanda ehtiyat dəmir balansı pozulur və anemiya başlayır. Qadınların menstrual qanaxmalarında böyük miqdarda dəmir itkisi olur. Ümumilikdə dəmir itkisi sağlam insnadan daha çox idmançılarda  müşahidə olunur.

Digər tərəfdən dəmirin orqanizmdə miqdardan çox olması də hüceyrələrə ziyan vurur. Dəmirin orqanizmdə effektiv işləməsi üçün kalsium və mis lazımdır.

Dəmir tərkibli ərzaqlar:  ət (mal əti),qaraciyər və böyrək,çörək,dənli bitkilər,alma,lobya, qoz-fındıq və yaşıl bitkilər.

Mikroelementlər-1

Dəmir qidada iki formada olur: orqanik və qeyri-orqanik. Orqanik formada dəmir ətdə olur və asan sovrulur. Qeyri-orqanik dəmir isə tərəvəzlərdə olur və həzm olunaraq sovrulması üçün Vitamin C-yə ehtiyac duyur. Kofein və fitin isə bu gedişatı pozur.

Dəmir çatışmayanda dəri solur,alt göz qapağının rəngi qaçır,yorunluq, süstlük, qıcıqlanma, diqqətin və gözlərin zəifləməsi halları yaranır. 

Mis-Cu 

Mis orqanizmdə bir çox biokimyəvi reaksiyaların əvəz olunmaz komponentidir. Qırmızı qan hüceyrələrinin yaranmasında iştirak edir. Mis həm də antioksidləşdirici təsirə malikdir. 

Ən yaxşı mənbələr: qaraciyər qovurması, krab (xərçəng), fındıq ( çərəz) , bütöv dənli yarmalar, mərci, kök və zeytun. 

Mikroelementlər-1

Mis azlığı venaları gözə çarpan edir, dərini solğunlaşdırır,bağırsaq problemləri yaradır. İfrat azlıq isə sümüklərin zəifliyinə, saçların ağarmasına səbəb olur.  

Yod – İ

Yod qalxanvari vəzin funksiyasını tənzimləyir ki , o da maddələr mübadiləsini yaxşılaşdırır və çəkini nizama salır. Yod həm də hormonların yaranmasına səbəb olur. Qalxanvari vəzinin fəaliyyəti uşaqların boy artımına təsir edir. 

Ən yaxşı mənbələr: dəniz məhsulları, balıq,dəniz yosunları. Orqanizmdə yodun miqdarı gül kələmi,qarğıdalı, batat (şirin kartof) və paxla istifadısi zamanı azalır. Çoxlu dərman qəbul etdikdə də yodun mənimsənilməsi pisləşir.

Mikroelementlər-1

Molibden-Mo

Molibdenin çox hissəsi  qaraciyərlərdə toplanır,sonra dəmirin metabolizminə “xərclənir”. Molibden dişlərin xarab olmasını və impotensiyanın qarşısını alır, orqanizmdən misin artıqlarını uzaqlaşdırmağa  kömək edir.

Ən yaxşı mənbələr: qarabaşaq, paxla, buğda şitilləri, qaraciyər qovurması,arpa,yumurta,soya,çörək məmulatları, çovdar. 

Mikroelementlər-1

Hər  birinizə xəstəlikdən uzaq sağlam həyat arzulayıram.

27 yanvar 2013
GO BACK