Qadin.NET / İnsan orqanizmi üçün zərərli olan ərzaqlar

İnsan orqanizmi üçün zərərli olan ərzaqlar

 

Tez-tez belə zarafat eşidirik: "Ən dadlı qidalar elə ən zərərli qidalardır. Ən zərərli ərzaqlardan, orqanizmin onlara alışmasından, düzgün olmayan qidalanma nəticəsində bir sıra xəstəliklərin yaranması baş verir.


1. Çeynənən konfetlər, əlvan qablarda pastilalar (qəndlə meyvə horrasından hazırlanmış şirniyyat), çupa-çupslar əlbəttə ki, zərərlidir. Onların tərkibində böyük miqdarda şəkər, kimyəvi əlavələr, boyaq maddəsi və əvəzedicilər var.

     2. Kartof və qarğıdalı çipsləri orqanizm üçün çox zərərlidir. Çipslər sırf boyaq maddəsi və dad əvəzedicilərindən ibarətdir.

Həmçinin fri kartofunun yeyilməsi də orqanizmə heç bir fayda gətirmir.

3. Qazlı şirin sular şəkər, kimyəvi əlavələr və qazın qarışığından ibarətdir.

Belə içkilər zərərli maddələri orqanizmə daha tez yayır. Məsələn, "Coca-cola" ərp və patsa qarşı əla vasitədir.

Onu içməmişdən əvvəl yaxşıca fikirləşin. 

 4. Şokolad batonu.
Həddindən artıq kalorili olan baton şokoladları kimyavi əlavlər, şəkli dəyişdirilmiş ərzaqlardan, boyaq maddələri və aromatizatorlardan ibarətdir. Batonların tərkibində olan böyük miqdarda şəkər insanı ondan yenə də yeməyə məcbur edir.
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
5. Kolbasa və sosislər.
Bu ərzaqlar ən zərərli ərzaqlar sırasındadır. Onların tərkibində gizli yağlar (donuz dərisi, piyi, iç piyi) olur ki, bunlar da aromatizator və daddəyişdiricilərlə qarışdırılır. Yağlar orqanizmdə xolesterin əmələ gətirir ki, bunun da nəticəsində damarlar tutulur, qocalma prosesi sürətlənir və ürək-damar xəstəlikləri yaranır.
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
 6. Mayonez.
Ev şəraitində hazırlanan və qram-qram istifadə olunan mayonez əlbəttə ki, zərərli olmaz. Amma hazır mayonezlərdən söhbət gedirsə, burada "həyat üçün təhlükəlidir" lövhəciyi göz önünə gəlməlidir. Mayonez çoxkalorili ərzaq olmaqla yanaşı, tərkibində böyük miqdarda yağ və karbohidrat, boyaq maddələri, əvəzedicilər və s. var. Mayonezlə yanaşı, ketçup, müxtəlif souslar da zərərli ərzaqlara aiddir.
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
 7. Duz.
Onu daha çox "ağ ölüm" adlandırırlar. Duz təzyiqi aşağı salır, orqanizmdə duz-turşu balansını korlayır,
toksinlərin toplanmasına səbəb olur. Duzdan tam imtina edə bilmirsinizsə, heç olmasa, ondan az istifadə edin.
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar

                                                                                                                                                                                                  8. Spirtli içkilər.

Hətta minimal ölçüdə alkoqol vitaminlərin həzm olunmasını pozur. Bundan başqa, alkoqol çoxkalorilidir.

Onun böyrək, qaraciyərə ziyanından danışmağa dəyməz, özünüz yaxşı bilirsiniz.

Heç düşünməyin ki, az miqdarda alkoqol xeyirlidir. Bu yanlış fikirdir.

Ona görə də alkoqoldan istifadəni sıfra endirmək lazımdır.

İnsan orqanizmi üçün zərərli olan ərzaqlar

 

9.Tez hazır olan makaron, şorba, kartof püreləri, suda həll olunan şirələr çox zərərli və orqanizm üçün ziyanlı olan kimyəvi əlavələrdi. 

Düzgün olmayan qidalanma ürək, mədə-bağırsaq xəstəliklərinə birbaşa yoldur.

Zərərli qidalar ömrü qısaldır, orqanizmi zəhərləyir. 

İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
Özünüzün və uşaqlarınızın gələcəyini düşünün!

29 oktyabr 2012
GO BACK