Gündə 8 stəkan su içməklə siz özünüzü artıq çəkidən qorumaqla yanaşı, əlavə çəkiyə maliksənizsə, arıqlaya da bilərsiniz.
Ola bilsin ki, məsləhət sizə məntiqsiz görünsün, lakin təcrübə göstərir ki, bu həqiqətəndə belədir.
Artıq qeyd etdiyimiz kimi, susuzluğu asanlıqla aclıq hissi ilə qarışdırmaq mümkündür.
Yemək arzusunda olduqda 1-2 stəkan su için. Ola bilsin ki, aclığınız tezliklə keçsin.
Orqanizmdə suyun miqdarı azaldıqda böyrəklər normal qaydada işləyə bilmir. Bu halda onların işinin müəyyən hissəsini qaraciyər öz öhdəsinə götürür. Qaraciyərin əsas funksiyalarından biri də yağları enerjiyə çevirməkdir. Qaraciyər həddən artıq yükləndiyi zaman isə yağları həzm edə bilmir. Bir-iki stəkan su için ki,qaraciyəriniz sizə artıq kilolardan azad olmaqda kömək etsin.
Artıq çəkiyə malik olan insanlara daha çox su tələb olunur. Kök adamlara hər 10kq artıq çəkiyə 1 stəkana yaxın əlavə su lazımdır.
Beləliklə, əgər siz arıqlamaq istıyirsinizsə, istifadə etdiyiniz kaloriləri azaldıb, qidanızdakı karbohidrat miqdarını artırın. Bundan əlavə hər gün piyada ən azı 5km yol gedin və gün ərzində 12 stəkan soyuq su için.